“Ənənəvi müxalifət istər daxildə, istərsə də xaricdə perspektivsiz qrupa çevrilib”
Tarix: 01.05.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


“İqtidarın apardığı uğurlu siyasət müxalifətin alternativ bir qüvvə kimi fəaliyyəti üçün heç bir şans qoymayıb”

Müxalifət partiyaları və başçılarının həmişə kənar qüvvələr tərəfindən idarə olunması ilə bağlı kifayət qədər faktlar var. Əslində müxalifətin uğursuzluğunun əsl səbəblərindən biri həm də belə idarəolunma hesab oluna bilər. Belə ki, müstəqil siyasi kursa malik olmayan müxalifət partiyaları kənardan siqnal gözləməklə, həm də həqiqi müxalifətçilik konsepsiyalarının olmadığını ortaya qoyublar. Bu isə təbii ki, ictimaiyyətə, eləcə də onların öz tərəfdarlarına faş olub. Siyasi kampaniyalarda marionetlik və sifarişlə fəaliyyətə keçmə sonda düşərgənin rüsvayçı məğlubiyyətlərinə aparıb çıxarıb.
Müxalifət partiyaları bu baxımdan istənilən siyasi kampaniyalarda hər hansı siyasi “birliklər”, bloklar və sair formatlar meydana çıxarmalarına baxmayaraq, bu birliklər də sifarişli olub, qeyri-səmimi xarakter daşıyıb və tezliklə də dağılıb. Elə müxalifət düşərgəsinin funksionerləri və başçıları da müxalifətin bu cür marionetliyini tez-tez vurğulamağa, bu idarəolunma zəifliyinin ümumdüşərgə mənafelərinə sonda ciddi zərbə vurduğunu deməyə məcbur olublar. Bu seçki ərəfəsində də müxalifət yenə də hər hansı boyunduruğa düşmək üçün müxtəlif dairələrdən sifariş gözləyir. Xarici qurumların diqqətini müxtəlif vasitələrlə cəlb etməyə çalışır. Amma bu ərəfədə ənənəvi müxlaifət xarici dairələrin də gözündən düşmüş kimi görünür. Çünki onlar fəaliyyətlərindəki ardıcıl uğursuzluqları ilə xarici dairələr üçün də perspektivsiz olduqlarını bəlirlədiblər. Onların hər hansı xarici sifarişlə müəyyən “birlik” yaratması də hələki alınmır.
Yurddaş Partiyasının sədri Mais Səfərli “Palitra”ya açıqlamasında qeyd etdi ki, radikal müxalifət düşərgəsində təmsil olunanlar əslində heç vaxt ortaya real birlik qoya bilməyiblər: “Hətta bəzən bir sıra Qərb dairələri onların birlikdə seçkilərə qatılmasına göstriş versələr də, onlar üzdə birlik nümayiş etdirməyə məcbur olublar, amma arxada bir-birilərini sıradan çıxarmağa çalışıblar. Ona görə də radikal müxalifət heç vaxt normal birliyə nail ola bilməyib və bilməyəcək. Hazırda da müəyyən dairələr tərəfindən bu cür sifarişlər gəlir, amma bu sifarişlər zəifdir. Əvvəlki kimi deyil. Bu partiyaların liderləri şəxsi ambisiyalarının dalınca qaçırlar və müxalifətin hər hansı seçkidə ümumi uğurları barəsində heç düşünmürlər. Radikal başçıların hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə adətkərdə olublar. Onlarda ümumi mənafeçilik şüuru inkişaf etməyib”.
Partiya sədri dedi ki, hazırda xarici qurumlar müxalifət başçıları ilə az əlaqələr qururlar, çünki köhnə müxalifət simaları ictimaiyyəti cəlb etmədiyi kimi xarici qurumları da cəlb etmir. Onlar da bu müxalif başçıların “qabında nə olduğunu” çoxdan görüblər. Ona görə də bir o qədər də həmin müxalif başçılarla görüşməyə bir o qədər də həvəsli deyillər. Son zamanlar bu cür görüşlər demək olar ki, keçirilmir. Yaxud müxalifət başçıları çox aşağı səviyyəli bir xarici təmsilçi, ya da səfirliyin hər hansı kiçik bir işçisi ilə görüşə bəzən güclə nail ola bilirlər. Müxlaifətin ənənəvi başçıları idarə edilmək üçün bu cür xarici dairələrə meyillənməyə hazır olsalar da, son zamanlar xaricilər onlarla demək olar ki maraqlanmır”.
Partiya sədri qeyd etdi ki, ənənəvi müxalifət nə cəmiyyətimizdə, nə də xarici dairələrdə siyasi güc kimi qəbul edilmir: “Müxalifət çox zəifləyib və parçalanmış bir haldadır. Bu seçki ərəfəsində isə onların zəifliyi daha qabarıq görünür. Üstəgəl, iqtidarın apardığı uğurlu siyasət müxalifətin alternativ bir qüvvə kimi fəaliyyəti üçün heç bir şans qoymayıb. Bütün bunlara görə də ənənəvi müxalifət istər daxildə, istərsə də xaricdə perspektivsiz bir qrupa çevrilib”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info