Hacıkənd qəsəbəsində inşa olunan oteldə tamamlama işləri görülür
Tarix: 07.08.2017 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Səfalı təbiəti və əlverişli turizm imkanları ilə seçilən Gəncənin Hacıkənd qəsəbəsində inşa olunan “Arfa” otelinin tikintisində son tamamlama işləri görülür. Hazırda otelin yerləşdiyi ərazidə və interyerində təmir işləri aparılır.
Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, yeddi mərtəbədən ibarət otelin tikintisində Gəncənin yerli memarlıq ənənələrinə uyğun olaraq qırmızı bişmiş kərpicdən istifadə olunub. Otelin pəncərə və girişləri isə Şərq memarlıq üslubunda, çatmatağ şəklində inşa edilib. Binanın ilk mərtəbəsindən avtomobil dayanacağı kimi istifadə olunacaq. Digər mərtəbələrdə isə oteldə qalacaq qonaqların istirahəti üçün müxtəlif xidmət sahələri və istirahət otaqları yaradılacaq. Beşulduzlu otellərin tələbinə uyğun olaraq tikilən kompleksdə turistlərin və qonaqların rahat istirahəti üçün bütün şərtlər nəzərə alınacaq.
Yaxın günlərdə isə Hacıkənd qəsəbəsində ikinci otel kompleksinin əsası qoyulacaq.
Qeyd edək ki, şəhərin 19 kilometrliyində yerləşən, səfalı təbiəti, saf bulaqları, zəngin meşələri ilə bütün Qafqazda şöhrət qazanmış Hacıkənd gəncəlilərin əsas yaylaq yerlərindəndir. Həmçinin Göygöl-Hacıkənd bölgəsinin səfalı təbiətinə bələd olanlar bu yerlərə böyük həvəslə gəlirlər. Yay aylarında Hacıkənddə yerli və xarici qonaqların, eləcə də turistlərin sıxlığı müşahidə olunur. Məhz Hacıkənd və ətraf ərazilərin turizm potensialı nəzərə alınaraq, burada ikinci otel kompleksinin və ayrı-ayrı xidmət sahələrinin yaradılması nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info