ENOC İrana neft göndərib
Tarix: 07.08.2017 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Rusiya bayrağı altında üzən “VF Tanker 20” gəmisi “Dragon Oil” şirkətinin istehsalı olan 6 min ton həcmində Türkmənistan neftinin boşaldılması məqsədi ilə İranın Neka limanına daxil olub.
Qeyd olunan partiyanın boşaldılması avqustun 3-4-də NIOC-a (İran Milli Neft Şirkətinə) məxsus və şirkət tərəfindən idarə olunan terminalda həyata keçirilib.
Uzun müddət ərzində ilk dəfədir ki, Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Milli Neft Şirkətinə (ENOC) məxsus olan “Dragon Oil” şirkəti Sinqapurdakı törəmə şirkəti "ENOC Trading" ilə birlikdə İrana təkbaşına neft tədarükü həyata keçirir.
Bu vaxta qədər “Dragon Oil” bütün neft ixraclarını FOB Alaca (Türkmənistan) şərtləri ilə tenderlərdə həyata keçirib. İrana qarşı tətbiq olunan sanksiyalarla əlaqədar 2011-ci ildən etibarən ixrac yalnız Azərbaycan (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və ya Bakı-Batumi dəmir yolu xətti ilə) və ya Rusiya (Mahaçkala-Novorossiysk neft boru kəməri vasitəsilə) ərazisindən keçməklə Avropaya istiqamətlənirdi.
“Dragon Oil” və ENOC-un İrana neft tədarükünü bərpa etmək qərarı bazar iştirakçılarını təəccübləndirib.
“Dragon Oil” şirkətinin Türkmənistan nefti üzrə bütün hesablamaları ABŞ dolları ilə apardığı, amerikalı podratçılarla (məsələn, ABŞ-ın neft xidməti üzrə nəhəng “Schlumberger” şirkəti ilə) uzunmüddətli əməkdaşlığının olduğu və rəhbər vəzifələrdə ABŞ vətəndaşlarının olduğu məqamda şirkətin İrana neft ixracını bərpa etməyə qərar verməsi tələsik və riskli görünür.
Eyni zamanda, BƏƏ-nin ABŞ-ın regiondakı əsas tərəfdaşı olmasına baxmayaraq, ölkənin Milli Neft Şirkəti olan ENOC-un ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla yeni biznesi aktiv şəkildə inkişaf etdirməsi faktı təəccüb doğurur.
Qeyd olunan neft partiyasının İrana çatdırılmasının “Dragon Oil” şirkəti tərəfindən əvvəlcədən heç planlaşdırılmaması da istisna deyil. Belə ki, “VF Tanker 20” gəmisi əvvəlcə Bakı limanına gəlib və iyulun 25-dən avqustun 1-nə qədər yoxlanışda olub. Lakin gəmidə sənədsiz yükün (bəlkə də qaçaqmalçılıq) aşkar olunması ilə əlaqədar neftin boşaldılmasına icazə verilməyib. Bundan sonra ENOC şirkəti tankeri yükün sənədlər təqdim olunmadan boşaldılması mümkün olan İranın Neka limanına istiqamətləndirib.
Hazırda bazar iştirakçıları hadisələrin sonrakı inkişafını gözləyir: ya bu neft partiyası sənədləşmədə yaranmış problem səbəbindən Nekada boşaldılmış təsadüfi yükdür, yaxud da, bu, Türkmənistan neftinin İrana çatdırılması üzrə planlaşdırılmış proqramın başlanğıcıdır.
ENOC-un fraxt (yük) bazarında hazırkı aktivliyi və Rusiyanın “VF Tanker” şirkətinin bir neçə gəmisini Xəzər dənizində Alaca limanına istiqmətləndirməsi ikinci versiyanın xeyrinə olan məqamlardır.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Ruhani: “Regionda gərginliyin kəskinləşməsinin əsl səbəbkarı ABŞ hökumətidir“
26.06.2019
Hulusi Akar Mark Esper ilə görüşüb
26.06.2019
Stefani Qrişam Ağ evin mətbuat katibi təyin edilib
26.06.2019
İtaliyada mafiyaya qarşı iri əməliyyat
26.06.2019
Ərdoğan səlahiyyətlərini təhvil verdi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info