“Artıq müxalifətin vahid namizəd məsələsini gündəmdən çıxarmaq lazımdır”
Tarix: 01.05.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


“Müxalifət liderləri arasında kifayət qədər ziddiyyətlər var, hamı öz marağını ortaya qoyub”

Hər seçki dövründə olduğu kimi, bu il də radikal müxalifətin aktiv şəkilldə müzakirə etdiyi əsas məsələ birləşmək və vahid namizəd məsələsidir. Ötən illərin təcrübəsi göstərir ki, radikallların nə birləşməsi, nə də vahid namizəd müəyyənləşdirməsi mümkün deyil. Çünki radikal düşərgənin əsas «qüvvəsi» olan AXCP və Müsavat partiyalarının rəhbərlərinin bir-birinə qarşı nifrəti var.
Ona görə də bu iki partiya liderinin bir-birinə güzəştə getməsi mümkün deyil. Hər seçki dövründə radikal düşərgə tərəfindən dövriyyəyə buraxılan vahid namizəd məsələsinin alınmayacağı elə onların özünə də məlumdur. Çünki Kərimlinin Qəmbərə və ya Qəmbərin Kərimliyə güzəştə getməsi, liderliyini qəbul etməsi onlar üçün siyasi intihara bərabərdir. Seçki dövründə cırtdan partiyaları ətraflarına toplamaqla birlik görüntüsü yaratmağın altında yatan əsas məqam əslində bu iki partiyanın bir çətir altında əyləşə bilməməsidir. Cırtdanları ona görə ətraflarına yığırlar ki, özlərinin birlik tərəfdarı olduğunu göstərərək əsas günahı qarşı tərəfin üstünə yıxsınlar. Digər tərəfdən seçki dövründə yada düşən və radikallar üçün əlçatmaz arzu olan vahid namizəd məsələsinin dövriyyəyə buraxılmasının daha bir səbəbi xaricdən alınan maliyyə vəsaitləri ilə bağlıdır. Bu məsələ ilə bağlı siyasi manipulyasiya ilə məşğul olan radikal düşərgə təmsilçiləri xarici mənbələrdən daha çox maliyyə qoparmağa çalışırlar. «Vahid namizəd» statusu daha çox dollar əldə edilməsinə şərait yarada bilər ki, bunu da Kərimli ilə Qəmbər həyatda biri-birilərinə güzəştə getməzlər. Ona görə də mətbuat səhifələrində «vahid namizəd», «əsas namizəd» kimi ifadələri ortaya atmaqla bir araya gələ bilməmələrini ört-basdır etmək istəyirlər. Belə olmasaydı Müsavat liderinin özünü namizəd elan etməsindən sonra AXCP lideri boykot məsələsini gündəmə gətirməzdi. Müsavat liderinin namizədliyini önləmək istəyən Kərimli diqqəti daha çox seçki şərtlərinə yönəltməklə Qəmbərin gedişinin səhv olması mesajını verir. Bütün halda radikal düşərgəni inhisara alan AXCP və Müsavatın vahid namizəd məsələsində orta mövqe ortaya qoyması inandırıcı görünmür. Elə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bu məqamı nəzərdə tutaraq bildirib ki, artıq müxalifətin vahid namizəd məsələsini gündəmdən çıxarmaq lazımdır: "Çünki bunu istəmədilər, bu gün də istəmirlər və bu gün də "vahid namizəd lazımdır" deyənlər səmimi deyil, əksinə baxsan onlar artıq başa düşürlər ki, vahid namizəd məsələsini reallaşdırmaq qeyri-mümkündür". S.Cəlaloğlunun fikrincə, vahid namizəd məsələsi artıq vaxt baxımından heç bir məna kəsb etmir. O qeyd edib ki, bəzi qüvvələrin "vahid namizəd istəyirik" və yaxud "müxalifətin geniş koalisiyasını istəyirik" fikri sadəcə olaraq ictimai bəraət qazanmaqdan başqa heç nəyə xidmət etmir: "Vaxtında bu ideyanın əleyhinə çıxanların bu gün özlərini guya bu ideyanın tərəfdarları kimi aparmaları məsuliyyətdən qaçmaq cəhdlərindən başqa bir şey deyil. Azərbaycan müxalifətinin vahid namizəd ideyası bir il yarım, iki il bundan əvvəl reallaşmalı idi. Artıq biz bu gün Azərbaycanın ən ucqar kəndində də belə seçki komissiyalarımızı qurmalı idik, adamlarımızı müəyyənləşdirməli və hazır vəziyyətdə olmalı idik". O, qeyd edib ki, amma bu gün müxalifət liderləri arasında kifayət qədər ziddiyətlər var, hamı öz marağını ortaya qoyub: "Misal üçün, kimlərsə öz partiyasında artıq namizədliyini elan edib. Namizəd elan edilməzdən əvvəl bu məsələləri həll etmək daha asandır, nəinki namizəd elan olunduqdan sonra. Belə bir fikir dedilər ki, hamı namizədliyini versin, müəyyən bir iş aparsın, sonra namizədlərin arasından vahid namizəd seçərik. Bu, o qədər gülünc, yanlış bir şeydir ki, bizi gətirib bu vəziyyətə çıxarıb".
ANAR




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info