Koreyalılar AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edir
Tarix: 08.08.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu (STEPI) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin (IICC) nümayəndələri Bakıda səfərdədirlər. STEPI avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının əməkdaşları üçün "Elm texnologiyaları innovasiya siyasəti və sənayesi" mövzusunda təlim-seminara başlayıb.
AMEA-dan verilən məlumata görə, Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev elm, texnologiya və innovasiya potensialının artırılmasının ölkə iqtisadiyyatının əsas prioritet istiqaməti olduğunu bildirib. O, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd edərək bildirib ki, seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin Koreya ilə Azərbaycan arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaqdır.
Koreyanın Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin (IICC) potensialın gücləndirilməsi və təlimlər qrupunun rəhbəri Eunjoo Kim 1987-ci ildə yaradılan STEPI-nın elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynadığını, bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirdiyini deyib. Bildirib ki, 2014-cü ildə STEPI-nın nəzdində yaradılan Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzi (BİƏM) Koreyanın elm, texnologiya və innovasiya sahəsindəki təcrübəsini tərəfdaş ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmada maraqlıdır.
Dörd gün davam edəcək seminarda “Elm texnologiyası siyasətinin həyata keçirilməsi”, “Elm, texnologiya və innovasiya parklarının idarəedilməsi”, “Milli regional innovasiya sisteminin yaradılması” kimi mövzulara toxunulacaq. Elm, texnologiya və innovasiya siyasətinin milli innovasiyada oynadığı mühüm rol, Koreya iqtisadiyyatını yüksəltməyə yönəlmiş elm, texnologiya və innovasiya siyasətində əldə olunan nailiyyətlərə dair məruzələr dinləniləcək. Həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti və qarşılaşdığı problemlər müzakirə olunacaq. Seminarda Koreyanın texnologiya transferi və kommersiyalaşdırması siyasəti və Azərbaycanda bu sahədə mövcud vəziyyət ilə bağlı müzakirələr aparılacaq. Təlimlər Azərbaycan kontekstində texnologiyanın transferi və kommersiyalaşdırılmasının təşviqi ilə bağlı qrup təlimləri ilə başa çatacaq. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info