Babək Rayon Mərkəzi Xəstəxanasında 30 müayinə, 22 cərrahiyyə əməliyyatı aparılıb
Tarix: 08.08.2017 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri müasirtipli səhiyyə müəssisələrindən olan Babək Rayon Mərkəzi Xəstəxanasında 30 müayinə, 22 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər.
AZƏRTAC xəbər verir ki, xəstəxanada 16 nəfər ultrasəs və elektrokardioqrafiya müayinəsi olunub, onlardan qan analizləri götürülüb, müvafiq tibbi məsləhətlər verilib.
Cərrahi əməliyyatlar həkim-cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, Zeynəb Məmmədova, İlham İsmayılov, anestezioloq-reanimatoloqlardan Ənvər Şıxəliyev, Zaur Həsənov və əməliyyat tibb bacıları tərəfindən icra olunub. Onlar 30 xəstəni müayinə ediblər. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji, qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıb.
Babək rayonunun Hacıvar kənd sakini, 68 yaşlı əmək veteranı Nizami Məmmədov başqa yerə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə göstərilən xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info