Naxçıvanda məhsulların keyfiyyətinə nəzarət diqqətdə saxlanılır
Tarix: 08.08.2017 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqaməti qismində istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi xüsusilə diqqətdə saxlanılır, məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bu ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında komitənin sədri Bəxtiyar İsmayılov deyib.
Bəxtiyar İsmayılov məruzə edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr durur, beynəlxalq norma və prinsiplərə müvafiq olaraq standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və patent işi sahələrində beynəlxalq təcrübənin tətbiqi istiqamətində işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının icrası xüsusilə diqqətdə saxlanılır. Ötən altı ayda muxtar respublikaya idxal edilən 59 məhsulun üzərinə Azərbaycan dilində zəruri məlumatların vurulması təmin olunub.
Komitə sədri deyib ki, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il iyulun 15-də imzaladığı Fərmanın icrasını təmin etmək məqsədilə məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olan 227 müraciətin icrası reallaşdırılıb.
Vurğulanıb ki, bu ilin birinci yarısında standartların tələblərinə uyğun olmayan 2554 manat dəyərində yararlılıq müddəti bitən, keyfiyyətsiz və ya kontrafakt məhsulun, o cümlədən 201 manat dəyərində kontrafakt məhsulun, 2253,50 manat dəyərində çap qurğusu üçün mürəkkəbin və 99,50 manat dəyərində kosmetik vasitələrin satışına qadağa qoyulub. Yerli istehsal məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 259 qida istehsalı müəssisəsində maarifləndirmə xarakterli baxış keçirilib, 32 təsərrüfat subyektində aşkar edilən çatışmazlıqların aradan qaldırılması təmin olunub. Təsərrüfat subyektlərindən götürülən məhsul nümunələrinin 564 halda laboratoriya analizləri aparılıb və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilib.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında aidiyyəti qurumlarla yanaşı, muxtar respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında da bir sıra vəzifələr qoyulub. Bu vəzifələr sırasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixrac coğrafiyasının genişləndirilməsi də var. Sessiyada verilən tapşırıqların icrasını təmin etmək məqsədilə işçi qruplarının fəaliyyəti daha da gücləndirilib, istehlak bazarında məhsulların keyfiyyətinə və müvafiq standartlara uyğunluğuna nəzarət istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info