OPEC iyulda rekord həcmdə neft satıb
Tarix: 08.08.2017 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə iyul ayında rekord həcmdə neft satılıb.
AZƏRTAC “Thomson Reuters Oil Research”a istinadla xəbər verir ki, OPEC-in iyul ayı üzrə xam neft ixracı ötən həftə əksəriyyəti Nigeriyada olmaqla gündəlik 26,11 milyon barrel ilə rekord səviyyəyə çatıb.
Liviya OPEC-in neft hasilatının azaldılması sazişində iştirak etməməsinə baxmayaraq gündəlik 270 min barrellik “Sharara” neft yatağından istehsalı tədricən azaltmağa başlayıb.
OPEC+ ölkələrinin nümayəndələri Abu-Dabidə yığışaraq neft hasilatının azaldılması sazişinə əməl olunması faizini artırmağın yollarını və “qara qızıl”ın qiymətinin gələcəyini müzakirə edirlər.
“CNBC”nin 21 analitik, treyder və iqtisadçı arasında apardığı son sorğuya əsasən, xam neftin bir barrelinin qiyməti sentyabr ayının sonuna qədər 50 dollar civarında olacaq. Bu dövrdə neftin ən aşağı qiymət proqnozu 40 dollar/barrel, ən yüksək qiymət proqnozu isə 56 dollar/barrel təşkil edib.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info