“Azexport” Azərbaycan mallarını “Amazon”a çıxarır
Tarix: 08.08.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“Azexport” Azərbaycan mallarını “Amazon”a çıxarır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, “Azexport” Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir. “Azexport”un “Amazon”la əməkdaşlığı çərçivəsində “Fulfillment by Amazon” (FBA) xidməti azərbaycanlı iş adamlarına da əlçatan olub. “Amazon” FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən çox anbarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. Maraqlı olan iş adamları “Azexport”a (https://azexport.az/index.php?route=information/contact) müraciət edə bilərlər.
“Amazon.com” dünyada internet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. “Azexport” portalı, həmçinin “Alibaba”, “e-Bay” və “Allbiz” kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
19.11.2018
Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info