“İki ölkə arasında münasibətlərdə yüksəliş var”
Tarix: 08.08.2017 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur. 
 
Bununla əlaqədar Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand mətbuat konfransı keçirib.
 
Səfir bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: “Baş nazirin ötən ilin oktyabrında Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərdə yüksəliş var. Prezident İlham Əliyev bu il ECO sammiti çərçivəsində Pakistana səfər etdi. Bu səfər çərçivəsində məhsuldar görüşlər keçirildi, ticarət dövriyyəsinin artırılması, iqtisadi və hərbi əməkdaşlığın inkişafının vacibliyi vurğulandı. Müzakirələr zamanı qeyd olundu ki, ticarət dövriyyəsi potensialdan çox aşağıdır və 3 ildə 10 dəfə artırılmalıdır. 19-21 iyunda Pakistan fövqəladə hallar naziri Azərbaycanda səfərdə oldu. Səfər zamanı tərəflər əməkdaşlığın gücləndirmək, treninqlərin keçirilməsinə üstünlük vermək barədə razılıq əldə etdilər”.

Səfir qeyd edib ki, Azərbaycan noyabrın 9-12-də Karaçi “Expo Center”də keçiriləcək “Expo Pakistan” sərgisinə dəvət olunub. O bildirib ki, bu sərgi ənənəvi olaraq hər il keçirilir və 60-dan çox ölkə iştirak edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info