Ölkəmizə gələn turistlərin sayında 24 faiz artım var
Tarix: 08.08.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Cari ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 74 min 491 nəfərlə ilk yerdə qərarlaşır. Rusiyadan Azərbaycana qrup halında gələn turistlərin sayında artım müşahidə edilir. Rus turistləri isti, dəniz kənarında olan ölkələrə daha çox üz tuturlar ki, Azərbaycan da məhz belə diyardır. Sonrakı yerlərdə Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və İraq vətəndaşlarının sayı çoxluq təşkil edib. Qazaxıstandan isə müalicə turizmi üçün gələnlərin sayı çoxalıb.
Qeyd edək ki, bu il Azərbaycana ərəb ölkələrindən səfər edənlərin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin birinci yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib. Regionlar üzrə isə MDB, Avropa İttifaqı, Fars Körfəzi və Yaxın Şərq, Asiya, Afrika ölkələri, Amerika və Avstraliyadan Azərbaycana səfər edən xarici vətəndaşların sayında da artım müşahidə edilir.
Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur – rahat yollar, brend otellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri Azərbaycana turist axınına şərait yaradır. Azərbaycanın füsunkar təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə olan daxili sabitlik, yüksək səviyyədə ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir.
Respublikamızda daxili turizm də inkişaf edir, ölkə vətəndaşları yerli turizm məkanlarına üstünlük verirlər. Təsadüfi deyil ki, nüfuzlu xarici mətbu orqanlarında Azərbaycanın turizm potensialı haqqında məqalələr dərc edilir. Yazılarda zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info