Lahıca gələn turistlərin sayı artıb
Tarix: 08.08.2017 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gələn turistlərin sayı artıb.
Lahıc Tarix-Mədəniyyət Qoruğundan bildirilib ki, qoruqda 100-dən çox abidə dövlət tərəfindən mühafizə olunur. Beş məscid, Hacı Molla Hüseyn, Hacı Cahanbaxış, Ağa hamamları, qədim kanalizasiya xətti, möhtəşəm “Cavanşir qalası”, 72 otaqlı “Hacı Qurban evi”, qədim dəyirmanlar, habelə əsrarəngiz təbiət turistlərin diqqətini bu yerlərə cəlb edir.
2012-ci ildə Lahıca 1757-si xarici olmaqla, 20 min 841 nəfər turist gəlmişdisə, hazırda onların sayı əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə buraya 31 min 595 nəfər turist gəlib. Xarici turistlərin sayı isə 4 min 536 nəfər olub. Bu ilin yeddi ayında isə Lahıca 4 min 32-si xarici ölkələrdən olmaqla, 19 min 234 turist səfər edib. Gələn turistlər ən çox Rusiya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, İtaliya, Cənubi Koreya, Yaponiya və digər ölkələrdəndir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info