Aydın Mirzəzadə: “Regionların inkişafı daim dövlət başçısının diqqətindədir”
Tarix: 08.08.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin siyasətində regionların sosial-iqtisadi inkişafı çox əhəmiyyətli yer tutur. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, dövlət başçısının diqqəti sayəsində Azərbaycan regionlarında infrastruktur tamamilə yenilənib: “Regionlarda hava limanlarının açılması, magistral və daxili yolların, o cümlədən dəmir yol xəttinin yenilənməsi, elektrik stansiyalarının inşası həm regionların simasını dəyişdi, həm də sonrakı inkişaf üçün baza rolunu oynadı. Eyni zamanda regionların inkişafı üçün ümumi xarakterik istiqamətlərdən başqa hər bir regionun xüsusiyyəti nəzərə alınmaqla konkret inkişaf proqramları hazırlandı. Prezident İlham Əliyevin bir neçə gün bundan öncə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirdiyi respublika müşavirəsi göstərdi ki, hər bir regionun inkişafı üçün kifayət qədər potensial var”.
A.Mirzəzadə bildirib ki, ümumilikdə götürdükdə sahibkarlığın inkişafına dövlət dəstəyi göz qarşısındadır: “Bunun nəticəsidir ki, neftin qiymətinin kəskin düşməsinə, eyni zamanda dünyada maliyyə böhranına baxmayaraq, Azərbaycanda artıq yarım ildir ki, milli valyutanın stabilləşməsi müşahidə olunur, valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artır. Qax müşavirəsi bir daha göstərdi ki, regionların inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması daim dövlətin, xüsusilə Prezident İlham Əliyevin diqqətindədir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info