Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
Tarix: 08.08.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10692,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 7283,1 mln. dollar, idxalın dəyəri 3409,7 mln. dollar təşkil edib, nəticədə 3873,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8% artıb, real ifadədə isə 16,4%, o cümlədən ixrac 8,6%, idxal 28,6% azalıb.
 
Ticarət dövriyyəsinin 39%-i Avropa İttifaqı ölkələri, 13,6%-i MDBüzvü dövlətləri, 47,4%-i isə dünyanın digər ölkələrinin payına düşüb.
 
İxracın dəyərinin 23,1%-i İtaliyaya, 11,7%-i Türkiyəyə, 6,5%-i Çinə, 5,5%-i Rusiyaya, 5%-i Portuqaliyaya, 4,5%-i Gürcüstana, 4%-i İsrailə, 3,8%-i Kanadaya, 3,7%-i Almaniyaya, 3,3%-i Hindistana, hər biri 3,2% olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 22,5%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
 
İdxal olunmuş məhsulların dəyərinin 19,4%-i Rusiyanın, 16,8%-i Türkiyənin, 9,8%-i Çinin, 5%-i Almaniyanın, 4,7%-i Ukraynanın, 4,4%-i ABŞ-ın, 4%-i İtaliyanın, 3,7%-i İranın, 3,3%-i Birləşmiş Krallığın, 1,9%-i Fransanın, hər biri 1,8% olmaqla Qazaxıstan və Belarusun, 23,4%-i isə digər ölkələrin payına düşüb.
 
2017-ci ilin yanvar-iyun aylarında 737,6 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8%, real ifadədə isə 24,3% çoxdur.
 
2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 73,1%, təzə meyvə – 34,3%, kartof – 50,6%, tütün – 36,9%, çay – 44,3%, meyvə və tərəvəz şirələri – 91,7%, təbii üzüm şərabları və üzüm suslosu – 21,5%, polietilen – 1,9%, pambıq lifi – 5,7 dəfə, qara metallardan borular – 0,1%, bentonit gili – 3,9 dəfə artıb, şəkər ixracı isə 21,5%, bitki yağları – 3,7%, meyvə və tərəvəz konservləri – 4,8%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 15,7%, emal olunmamış alüminium – 32,3%, qara metallardan yarımfabrikatlar – 50,5%, pambıq ipliyi – 34,6% azalıb.
 
2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında xam şəkər və şəkər idxalı 13,5%, təzə meyvə – 10,9%, quş əti və onun əlavə məhsulları – 2 dəfə, mal əti – 2,3 dəfə, minik avtomobilləri – 33,7%, hesablama maşınları, blok və qurğuları – 86%, qara metallardan çubuqlar – 15,9%, rezin şinlər –50,5%, mineral gübrələr – 4,1 dəfə, qara metallardan künclüklər 36,6%, məişət kondisionerləri – 13,8%, paltaryuyan maşınlar – 96,5%, yük avtomobilləri – 65,1%, avtobuslar – 23,1% artıb, buğda idxalı isə 35,2%, bitki yağları – 36,9%, kərə yağı, digər süd yağları və pastaları – 0,4%, kartof – 5,7%, çay – 2,1%, təzə tərəvəz – 46,4%, polad prokatı – 1,4%, qara metallardan borular – 66,5%, mebel – 10,1%, polietilen – 28,2%, sement və sement klinkerləri – 93,6%, məişət soyuducuları – 37,5% azalıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info