Skandinaviya Türk Federasiyasından “Qarabağ”klubuna dəstək
Tarix: 08.08.2017 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


“Qarabağ” klubunun avqustun 23-də Danimarkanın paytaxtı Kopenhagendə yerli “Kopengahen” klubu ilə baş tutacaq oyuna soydaşlarımızın hazırlığı davam edir. 

Palitra Modern.az saytına istinadən xəbər verir ki, bu günlərdə doğma klubumuza Skandinaviya Türk Federasiyası tərəfndən dəstək gəlib. Diaspor fəalı Elnur Eltürkün sözlərinə görə, federasiya başqanı, yazar İlhan Esen “Qarabağ” klubunun Danimarkaya gələcəyi ilə bağlı xəbəri eşidən gündən ciddi hazırlaşdıqlarını bildirib. 

“Doğma klubumuza dəstək üçün federasiya olaraq, Azərbaycan və Türkiyə bayraqları ilə meydana gedəcəyik. Bununla bağlı üzvlərimiz məlumatlanıblar. Qarabağ özünü Türk hiss edən hər bir insanın ürəyindəki yaradır. Ora sadəcə Azərbaycanın deyil, Türk dünyasının gerçək yurdudur. O səbəbdən də, “Qarabağ” klubu bizim mənəvi və milli bir simvolumuzdur. Həm də Qarabağın azadlığı üçün meydanda “Qarabağ”a dəstək verəcəyik”. 

Federasiya başqanı heç bir zaman Qarabağın işğalı ilə barışmadıqlarını qeyd edib. “Skandinaviyada Qarabağ həqiqətlərinin çatdırılmasına çalışırıq. Bu milli vəzifəmizdir. Qarabağ bizim üçün müqəddəs əmanətdir”,-deyə İ.Esen bildirib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info