Qusarın Hil kəndi içməli su ilə təmin olunub
Tarix: 08.08.2017 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Qusar rayonunun Hil kəndinin su təchizatı sistemi yenilənib və yaşayış məntəqəsi təmiz, içməli su ilə təmin olunub. Kənddə tikinti işləri Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” vasitəsilə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, avqustun 8-də “Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin icrasının başa çatması münasibətilə təşkil olunan mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Məclisin deputatı Azər Badamov, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, layihə çərçivəsində 7,7 kilometr su borusu çəkilib, su anbarı, 72 ton həcmində rezervuar və 2 su bulağından ibarət yeni su təchizatı sistemi qurulub. Ümumi dəyəri 83 min 320 ABŞ dolları olan layihədən kəndin 3 mindən çox sakini faydalanacaq.
Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori bildirib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümüdür. Yaponiya hökuməti Azərbaycan Respublikasının davamlı inkişafında çox maraqlıdır və bu nöqteyi-nəzərdən özünün ODA proqramı vasitəsilə ölkənin infrastrukturunun və insan resurslarının daha da inkişaf etdirilməsi üçün dəstək verir.
“Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi bu ilin mart ayında Yaponiyanın Azərbaycandakı səfirliyi və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi arasında imzalanıb.
Bu, Qusar rayonunda Yaponiya hökumətinin dəstəyi ilə icra olunan dördüncü layihədir. Bundan əvvəl Qusar şəhər 5 nömrəli məktəb binasının bərpası, Piral və Yasab kəndlərində su təchizatı sisteminin tikintisi həyata keçirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info