“Rüstəm İbrahimbəyovun xalqı arxasınca aparacaq qədər nüfuzu yoxdur”
Tarix: 01.05.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Əkrəm Naibovdan sonra Rüstəm İbrahimbəyov Rusiya mətbuatına verdiyi açıqlamada ölkəmizin ərazi bütövlüyünü şübhə altına salan fikirlər səsləndirdi, eyni zamanda Qarabağın Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi olduğunu bildirdi. Hazırda isə radikal müxalifət qüvvələrinə dəstək verərək ölkədə ictimai-siyasi sabitliyi pozmaq yönündə fəaliyyətini davam etdirir. Radikal müxalifətdə təmsil olunan şəxslər onun Milli Şuranı quracağına inanır və onu müxalifətdəki qüvvələri birləşdirəcək yeganə sima kimi görürlər. Lakin ölkəmizin ərazi bütövlüyünü şübhə altına salan bir şəxsin xalqı öz arxasınca apara biləcək siyasi liderə çevrilməsi ağlabatan deyil.

Sözügedən məsələ ilə bağlı ictimaiyyət nümayəndələrinin fikirlərini öyrənməyə çalışdıq. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının məsələyə münasibəti belə oldu: “Rüstəm İbrahimbəyov heç vaxt Azərbaycanın maraqlarından çıxış etməyib. Bir neçə il əvvəl də bu cür açıqlamalarla çıxış etmişdi. Onu heç vaxt xalqın maraqları düşündürməyib, ancaq şəxsi maraqları düşündürüb. Şəxsi maraqlarına uyğun olaraq da gah Rusiya ilə, gah da Amerika ilə yaxın olub, Azərbaycanda onların maraqlarına xidmət edib və nəticədə maraqlarını müdafiə etdikləri qüvvələrdən bir sıra imtiyazlar alıb. Azərbaycan dövlətinin verdiyi imtiyazlardan uzun müddət istifadə edib. İndi də Azərbaycan hakimiyyətindən küsdüyü üçün guya müxalifətə qoşulub. Lakin onun müxalifətdə də olduğunu demək mümkün deyil. Çünki müxalifətdə konkret quruma bağlı deyil və şəxsi maraqlarını üstün tutduğu üçün sabah hansısa başqa bir qrup onun maraqlarını daha yaxşı təmin etsə, həmin qrupun və ya qüvvənin maraqlarına xidmət edəcək. Digər tərəfdən son dövrlərdə İbrahimbəyovun ABŞ-la, oradakı bəzi mərkəzlərlə yaxın əlaqədə olduğu müşahidə olunmaqdadır. Həmçinin onun xalqı arxasınca apara biləcək, müxalifət qüvvələrini birləşdirə biləcək qədər təcrübəsi və nüfuzu yoxdur. Qurmaq istədiyi MŞ isə siyasi oyunların bir parçasıdır. Düşünürəm ki, bu cür fəaliyyət Azərbaycan üçün yaxşı heç nə vəd etmir”.

“O, son fəaliyyəti, bəyanatları ilə ölkəmizə qarşı antimilli
mövqeyini ortaya qoydu”

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov isə açıqlamasında Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətə qoşulmasında ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq üçün ayrılan qrantlardan pay götürmək məqsədi olduğunu istisna etmədi və əlavə etdi: “Rüstəm İbrahimbəyovun oynadığı kartlar artıq qurtarıb. Onun ölkə daxilində ictimai fikri dəyişməsinə, Qarabağ münaqişəsinin həllində hansısa rol oynaya biləcəyinə, eyni zamanda Azərbaycanı beynəlxalq aləmdə təmsil edə biləcəyinə inanmıram. Çünki bunun üçün yetərincə nüfuzu və siyasi təcrübəsi yoxdur. Artıq o, özünün son fəaliyyətləri, bəyanatları ilə ölkəmizə qarşı antimilli mövqeyini ortaya qoydu. Mən, rəhbərlik etdiyim birlik, eyni zamanda mənsub olduğum Qarabağ QHT Koalisiyası bu cür zərərli fəaliyyəti pisləyirik. Azərbaycanın iqtisadi göstəricilərinin yüksəldiyi bir vaxtda, prezident seçkiləri ərəfəsində ölkədəki sabitliyə zərər gətirən fəaliyyəti heç cür qəbul etmək mümkün deyil. Güman edirik ki, belə fəaliyyət ancaq şəxsi maraqlara xidmət edir. İbrahimbəyovun kino fəaliyyətini bir kənara qoyub siyasi fəaliyyətə qurşanmasının arxasında isə xarici QHT-lərdən verilən maliyyə dəstəyi dayanır. Artıq bu yaşdan sonra bütün fəaliyyətini kənara qoyub siyasətlə məşğul olursa, səbəb ancaq maddi maraqlardır. Onun özü də yaşının bu çağında müvəffəqiyyət qazanacağına inanmır. İbrahimbəyovun son dövrdə müəyyən qüvvələrin təhriki ilə siyasət sahəsində fəaliyyətə qurşanmasını, nəyisə dəyişməyə ümid etməsini yersiz cəhd hesab edirəm. Bu onun kimi ahıl yaşda olan, özünü ziyalı adlandıran şəxsə yaraşmır”.

“Azərbaycanın gələcəyini
düşünən heç bir vətəndaş onun arxasınca getməz və getmir”


Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da öz növbəsində qəzetimizə verdiyi açıqlamada İbrahimbəyovun xalqı və müxalifəti arxasınca apara biləcək siyasi nüfuza və çəkiyə malik olmadığını bildirdi: “ Eldar Namazovun Rüstəm İbrahimbəyovu siyasi lider kimi görməsi haqqında söylədiyi fikir radikal müxalifətin vəziyyətinin acınacaqlı olduğunu göstərir. Diqqət yetirin, radikal müxalifətin vəziyyəti necə ağırdırsa, ümidini Azərbaycana düşmən mövqeyi ilə seçilən bir şəxsə bağlayıb. Bu həm də İbrahimbəyovu lider kimi görənlərin ölkəmizə qarşı qərəzli mövqeyindən xəbər verir. Rüstəm İbrahimbəyov mətbuata verdiyi son açıqlamaları ilə Ermənistan diplomatiyasına, milli maraqlarına xidmət etdiyini göstərdi. Azərbaycanın gələcəyini düşünən heç bir vətəndaş onun arxasınca getməz və getmir. O, Kinematoqrafçılar İttifaqında 10-15 nəfəri bir yerə yığıb işləyə bilmədi. O xalqı necə birləşdirə bilər? Eldar Namazov kimi xaricdən dirijor çubuğu ilə idarə olunanlar ancaq onun ətrafında birləşə bilər. Müxalifətin birləşmə məsələsi də qeyri-mümkün görünür. Çünki illərdir ki, burada təmsil olunan 5-6 nəfər bir-biri ilə ədavət aparır. Rüstəm İbrahimbəyovun onları bir masa arxasına toplaya bilməsi real deyil. Ümidini İbrahimbəyova bağlayanlar isə siyasi cəhətdən təcrübəsiz, məlumatsız, səbatsız və vətənini sevməyən insanlardır. Mən bunu belə dəyərləndirirəm”.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info