Aureliya Qriqoriu: “ Dinc sakinlərin atəşə tutulması ilə bağlı Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir”
Tarix: 08.08.2017 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə əlaqədar Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir.
Bunu Trend-ə Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib.
O deyib: “Hesab edirəm ki, ilk növbədə ATƏT-in Minsk qrupu hadisəyə münasibət bildirməli və bu addımları pisləməlidir. Onlar atəşkəs rejimini pozan tərəfə xəbərdarlıq etməlidirlər. Dünya ictimaiyyəti bu hadisəni pisləməlidir. Dinc sakinlərin atəşə tutulması kimi hadisələr dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır”.
A.Qriqoriu qeyd edib ki, bu cür hüquqazidd əməlləri törədənlər beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməlidirlər: “Ermənistan rəhbərliyi törədilən bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Ermənistan silahlı qüvvələri bu cür əməlləri yalnız komandanın icazəsi ilə həyata keçirə bilər”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Astanada 20 Yanvar şəhidləri anılıb
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info