“Ermənilər tarix boyu dinc azərbaycanlılara qarşı qırğınlar törədiblər”
Tarix: 08.08.2017 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilərin xalqımıza qarşı tarix boyu həyata keçirdiyi təxribat hərəkətlərinin davamıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, ermənilərin dinc sakinlərimizə qarşı silahdan istifadə etməsi birinci hal deyil:
“Ermənilər həmişə dinc azərbaycanlılara qarşı kütləvi soyqırımlar həyata keçirərək körpə uşaqları, qadınları, qocaları qətlə yetiriblər. Onların xalqımıza qarşı terror siyasəti bu gün də davam edir. Son 2-3 ildə ermənilər nə qədər körpə uşaqlarımızı, dinc insanlarımızı qətlə yetirib, evləri dağıdıblar. Niyə bunun qarşısı alınmır?”
E.Məmmədov vurğulayıb ki, bu günə qədər ermənilərin törətdiyi təxribatlarla bağlı nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər sərt reaksiya verməyiblər: “Əksinə, erməniləri qoruyurlar. XX əsrin sonlarında ermənilər Xocalı soyqırımını törətdilər, 613 nəfər dinc insan qətlə yetirildi, Qaradağlıda və başqa yerlərdə də soyqırımlar törətdilər. Buna görə ermənilərə bir cəza tətbiq olundumu? Xeyr. 25 ildən çoxdur ki, bir milyondan artıq insanımız qaçqın və məcburi köçkün vəziyyətindədir, torpaqlarımız işğal altındadır. Buna görə ermənilərə qarşı sanksiya tətbiq olunubmu? Xeyr. Ermənilər də bu cəzasızlıqdan ruhlanırlar, havadarlarına arxayın olurlar və təxribat əməllərini artırırlar. Biz gözləsək ki, hansısa beynəlxalq təşkilat ermənilərin bu əməllərinin qarşısını alacaq, bu, sadəlövhlük olardı. Ermənilərə qarşı cəza tədbiri görəcək yeganə qüvvə Azərbaycan ordusudur”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə almasının nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info