“Regionların inkişafı daim dövlətin diqqətindədir”
Tarix: 08.08.2017 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bir daha vurğulanıb ki, qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artıb. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Ölkə başçısı bildirib ki, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir: “Bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək”.

“Hər bir regionun inkişafı üçün kifayət qədər potensial var”
“Prezident İlham Əliyevin siyasətində regionların sosial-iqtisadi inkişafı çox əhəmiyyətli yer tutur”. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, dövlət başçısının diqqəti sayəsində Azərbaycan regionlarında infrastruktur tamamilə yenilənib: “Regionlarda hava limanlarının açılması, magistral və daxili yolların, o cümlədən dəmir yolu xəttinin yenilənməsi, elektrik stansiyalarının inşası həm regionların simasını dəyişdi, həm də sonrakı inkişaf üçün baza rolunu oynadı. Eyni zamanda regionların inkişafı üçün ümumi xarakterik istiqamətlərdən başqa, hər bir regionun xüsusiyyəti nəzərə alınmaqla konkret inkişaf proqramları hazırlandı. Prezident İlham Əliyevin bir neçə gün bundan öncə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirdiyi respublika müşavirəsi göstərdi ki, hər bir regionun inkişafı üçün kifayət qədər potensial var”.
A.Mirzəzadə bildirib ki, ümumilikdə götürdükdə sahibkarlığın inkişafına dövlət dəstəyi göz qarşısındadır: “Bunun nəticəsidir ki, neftin qiymətinin kəskin düşməsinə, eyni zamanda dünyada maliyyə böhranına baxmayaraq, Azərbaycanda artıq yarım ildir ki, milli valyutanın stabilləşməsi müşahidə olunur, valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artır. Qax müşavirəsi bir daha göstərdi ki, regionların inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması daim dövlətin, xüsusilə Prezident İlham Əliyevin diqqətindədir”.

Dövlət qayğısından yararlanan ağdamlı fermer pambıq sahələrini genişləndirəcək, yeni tut bağı salacaq
Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması ilə bağlı tapşırıqları Ağdam rayonunda da uğurla icra olunur. Cəbhə bölgəsinin fermerləri göstərilən diqqət və qayğıdan ruhlanaraq pambıqçılığı və baramaçılığı inkişaf etdirir, ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz töhfələrini verirlər.
Ağdam rayon Xındırıstan kəndindən olan gənc fermer Yafəs Eyvazov bu il 40 hektar sahədə çiyid səpini həyata keçirib. Aqrotexniki qaydada qulluq sayəsində tarlalarda yaxşı bitiş əldə edilib. Gənc fermer hər hektardan 35 sentnerdən çox məhsul götürəcəyini deyir. Bundan başqa, 2 hektarda lobya, 5 hektarda baş soğan, 1 hektarda toxumluq soğan becərib. Hazırda təsərrüfatda lobya və soğan yığımı davam edir.
Ölkəmizdə baramaçılığın və pambıqçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanan fermer, gələcəkdə pambıq sahələrini daha da genişləndirmək, yeni tut bağı salmaq fikrindədir. “Pambıqçılığın və baramaçılığın inkişafına göstərilən dövlət qayğısı bizə əlavə stimul verir, fəaliyyətimizi daha genişləndirməyə həvəsləndirir. Avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev baramaçılığın inkişaf perspektivindən danışdı. Dövlət tərəfindən xaricdən tut tingləri alınıb gətirildiyini, növbəti illərdə əlavə 8 milyon tingin əkiləcəyini diqqətə çatdırdı. Bütün bunlardan ruhlanaraq, geniş şəkildə baramaçılıqla məşğul olmağı, 2 hektar sahədə 24 min tut tingi əkməyi planlaşdırmışam” - deyə Y.Eyvazov bildirib.

“Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri: “Bu il tütün sahələrindən 1500-2000 ton məhsul götürməyi planlaşdırırıq”

“Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin iştirakçıları arasında olmaq, çıxış etmək mənim üçün çox qürurverici idi. Dövlətimizin başçısının müşavirədəki nitqindən bir daha əmin oldum ki, Prezident bölgəmiz üçün xarakterik olan bu ənənəvi sahələrdəki mövcud vəziyyət barədə tam məlumatlıdır və fermerlərin üzləşdikləri problemləri, çətinlikləri yaxşı bilir. Dövlətimizin başçısı bildirdi ki, fermerlərə dövlət tərəfindən göstərilən dəstək davam edəcək və daha güclü olacaq. Bu, biz fermerlərin ürəyincədir”.
Bu fikirləri respublika müşavirəsinin iştirakçısı, Zaqatala rayonu “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri Telman Həsrətov bildirib.
Fermer tütünçülüklə ikinci ildir ki, məşğul olur. Ötən il ilk dəfə 65 hektar sahədə tütün əkib, 700 ton yaşıl tütün kütləsi, 52 ton quru tütün istehsal edib. Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının artırılması ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, fermer bu il tütün əkini sahələrini daha da genişləndirərək 110 hektara çatdırıb.
Telman Həsrətov bildirib ki, bu il tütün sahələrindən 1500-2000 ton məhsul götürməyi planlaşdırır. Mövsümün əvvəlindən bu günədək qəbul məntəqəsinə 150 tondan artıq yaşıl tütün kütləsi təhvil verib. Tütün yığımına 50 nəfərədək mövsümi işçi cəlb olunub.
Çətinliklərə toxunan fermer tütünqurutma kameralarının sayının artırılmasına ehtiyac olduğunu vurğulayaraq deyib: “Sahələrdə tütün çoxdur. Sadəcə, kameraların az olması işimizi çətinləşdirir. Gün ərzində qəbul məntəqəsinə daha çox tütün təhvil verə bilərik. Lakin məntəqədəki qurutma kameraları tütünlə dolu olduğundan gözləməli oluruq. Çünki bu məntəqəyə qonşu Balakən rayonundan da qurudulmaq üçün yaşıl tütün gətirilir. Nəticədə yetişdirdiyimiz tütün uzun müddət sahədə günün altında qalır, keyfiyyəti aşağı düşür, çəkisi azalır, bu isə qazancımıza təsir göstərir”.
Qeyd edək ki, zaqatalalı fermer müşavirədəki çıxışında da kameraların sayının artırılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info