Gələn ildən Lənkəranda da barama istehsal olunacaq
Tarix: 08.08.2017 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən ümumrayon yığıncağında barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilib.
Yığıncaqda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini bildirib.
Bununla bağlı ölkəmizdə kompleks tədbirlərin görüldüyünü, Dövlət proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əməktutumlu və sosialyönümlü layihələrin icra olunduğunu vurğulayan T.Qaraşov qeyd edib ki, bu baxımdan kənd təsərrüfatına aid ənənəvi sahələrin inkişafına da xüsusi diqqət yetirilir. Avqustun 4-də Qax şəhərində keçirilmiş respublika müşavirəsi də məhz aqrar sahənin ən gəlirli bölmələri olan barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunub. Dövlətimizin başçısının müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrası üçün cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı, rayon ictimaiyyəti səfərbər olunmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi kömək göstərilməlidir.
T.Qaraşov 2018-ci ildə rayonda barama istehsalına başlanılacağını diqqətə çatdıraraq, bu sahədə yem bazasının yaradılmasının vacibliyini bildirib, 55 minədək tut tinginin qorunması, suvarılması və aqrotexniki qulluğun göstərilməsi ilə bağlı məsul şəxslərə tapşırıqlar verib.
Yığıncaqda bu sahədə təşkilati işlərin operativ qurulması üçün baramaçıların, eyni zamanda, çayçıların da assosiasiyalarının təsis olunmasının əhəmiyyəti qeyd edilib və rayonun təbii şəraitinin fındıqçılığın inkişafı üçün də əlverişli olduğu vurğulanıb. Bildirilib ki, ilkin mərhələdə fındıq əkini üçün 4 hektar torpaq sahəsinin hazırlanmalı və əkin üçün uyğun sortlar müəyyənləşdirilməlidir.
Sonra şəhər İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov, kənd təsərrüfatı idarəsinin müdiri Tofiq Rzayev, “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov, təcrübəli baramaçı İltifat Həsənov çıxış edərək, rayonda barama istehsalının genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info