Diplomatik əlaqələrin 25-ci ildönümü
Tarix: 08.08.2017 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə ölkəmizin Dehlidəki səfirliyi tədbir təşkil edib.
Səfirlikdən bildiriblər ki, Hindistan Beynəlxalq Tədbirlər Mərkəzində təşkil olunan tədbirdə səfir İbrahim Hacıyev ölkəmiz barədə təqdimatla çıxış edərək, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu, 1991-ci ildə müstəqilliyin bərpa olunduğunu, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikanın hərtərəfli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.
Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli inkişafa nail olaraq regionun lider dövlətinə çevrildiyini bildirən səfir iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən qeyri-neft sektorunun, kənd təsərrüfatının, turizmin inkişafı istiqamətində görülən işlərdən danışıb, ölkəmizdəki əlverişli biznes mühiti, sərmayə qoyuluşu üçün cəlbedici sahələri, Azərbaycanın nəqliyyat-tranzit imkanları, enerji layihələri barədə məlumat verib.
Bundan başqa, müxtəlif dini və etnik qruplara məxsus insanların dinc, mehriban şəraitdə yaşadığı bir məkan olan ölkəmizin multikulturalizm ənənələrindən söz açılıb, Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyi diqqətə çatdırılıb.
Səfir İ.Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışıb, Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. O, Xocalı soyqırımını yada salaraq, 106 qadın, 63 uşaq və 70 ahıl insan olmaqla, ümumilikdə 613 insanın qətlə yetirildiyini, 1275 nəfərin əsir düşdüyünü bildirib. Faciənin soyqırımı kimi tanınması istiqamətində bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul olunduğunu bildirən səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında məlumat verib.
Diplomat Azərbaycan-Hindistan əlaqələri, mövcud tarixi bağlar haqqında məlumat verib, iqtisadi, elmi və humanitar əməkdaşlığın gündən-günə genişləndiyini diqqətə çatdırıb.
Hindistan Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəisi G.V.Şrinivas iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, iqtisadiyyatın müxtəlif istiqamətləri, habelə elm və təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. İdarə rəisi Azərbaycana səfər etmək istəyən Hindistan vətəndaşlarına tətbiq edilən ASAN Viza sistemi üçün Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Tədbirdə Hindistan-Azərbaycan Dostluq Assosiasiyasının vitse-prezidenti Bişma Narainq Sinqh də çıxış edərək iki xalq arasında dostluq münasibətlərindən bəhs edib.
Hindistanın dövlət qurumlarının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Hindistan-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, ictimaiyyətin, təhsil ocaqlarının, mədəniyyət mərkəzlərinin, QHT-lərin, KİV nümayəndələrinin, iş adamlarının iştirak etdikləri tədbir Hindistan mediasında geniş işıqlandırılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info