Almaniya dizeli xilas etməyə çalışır
Tarix: 08.08.2017 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Bu gün Almaniya hökuməti var gücü ilə alman avtomobil sənayesinin əsas gücünü təşkil edən dizel texnologiyasını qoruyub saxlamağa çalışır. Məsələ bundadır ki, son illər dizel mühərriklərinə qarşı ekoloq və şəhər bələdiyyələri ilə yanaşı, Amerika və Avropanın bəzi ölkələrində də etiraz kampaniyaları geniş vüsət almaqdadır. Onlar öz etirazlarına əsas kimi, dizel mühərriklərinin əhraf mühiti çirkləndirməsini göztərərək, "təmiz" hibrid və elektrik mühərrikləri ilə təchiz edilmiş avtomobil istehsalına keçməyi tələb edirlər.
Haşiyə çıxaraq bildirək ki, “solyarka” sözünün alman dilində mənası “günəş yağı” anlamını əks etdirir. Son illər dünya sənayesində önəm kəsb edən bu yanacaq barədə artıq müxtəlif fikirlər səsləndirilməkdədir. «İnosmi. ru» saytında yer alan bu yazının maraq kəsb edəcəyini nəzərə alaraq nəzərinizə çatdırırıq:
“Bu nə dərəcədə realdır? Maraqlıdır ki, bu suala Almaniya hökuməti və şəxsən kansler Angela Merkelin himayəsi ilə avqustun əvvəllərində Berlində keçirilən “Dizel zirvəsi”ndə cavab tapmağa cəhd edildi. Qeyd edilməlidir ki, bu sual Almaniya dövləti üçün iqtisadi məsələ ilə yanaşı, siyasi önəm də kəsb edir. Qeyd edilməlidir ki, Almaniya sənayesinin onurğa sütununu təşkil edən avtomobil sənayesində bu gün 800 mindən artıq insan çalışır. Bundan əlavə, bu gün alman yollarında 12.3 milyondan artıq dizel yanacağı ilə işləyən avtomobil var.
Təsadüfi deyil ki, Berlində keçirilən “Dizel zirvəsi”nin əsas iştirakçıları da «Daimler», “Volkswagen”, “BMW”, “Porsche” və “Audi” kimi avtomobil istehsalçıları idilər. Zirvə iştirakçılarını narahat edən başlıca məsələ alman texnologiyasının qürur duyduğu dizel texnologiyasının risk altına düşməsidir. Bundan əlavə, dizel yanacağı ilə işləyən avtomobillərin satış göstəricisinin aşağı düşməsidir.
Məhz bütün bunlara rəğmən, Almaniya hökuməti bir sıra kompromis tədbirlər həyata keçirmək məcburiyyətində qalıb. Bu tədbirlərin ən öncəsi dizel sistemindən tədricən imtina etmək, müasir elektron sistemə keçidlə bağlıdır. Maraqlısı isə bu istiqamətdə atılacaq bütün addımların xərcini avtomobil istehsalçılarının öz üzərlərinə götürmələridir. Təbii ki, dizel texnologiyasına qarşı qadağalar hazırda Almaniyanın özündə olan 5.3 milyondan artıq dizellə işləyən «Volkswagen» avtomobili sahiblərini çətin vəziyyətlə üz-üzə qoyacaq. Beləliklə, bu gün təkcə Almaniyaya şamil edilən dizel sənayesi, belə görünür ki, ciddi problemlərlə qarşılaşmaqdadır.
Qeyd edilməlidir ki, dizel texnologiyası müharibədən sonrakı illərdə təkcə Almaniyanın deyil, ümumiyyətlə, bütün Avropanın inkişafında önəmli yerlərdən birini tutmağa başladı. Bundan əlavə, dizellə işləyən mühərriklər etibarlı olmaqla yanaşı, həm də çox qənaətcildir. Xatırladaq ki, 1973-cü ilin neft böhranı dizel sənayesinin inkişafına böyük təkan vermişdi. Sonrakı 20 il isə Avropada dizelin "qızıl dövrü" kimi göstərilirdi. Təsadüfi deyil ki, bu ərəfədə təkcə Fransada istehsal edilən avtomobillərin 77 faizi dizellə işləyən mühərriklə təchiz edilmişdi.
Bir daha qeyd edilməlidir ki, hələ 2015-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatları da dizel yanacağı ilə işləyən mühərriklərə qarşı çıxış etməyə başlayıb. ABŞ-ın ətraf mühitin mühafizəsi agentliyinin tənqid obyektinə daha çox tuş gələn Almaniyanın «Volkswagen» konserni oldu. Belə ki, agentliyin belə bir addımından sonra, bu kampaniya ABŞ-da nəinki dizel mühərriklərinə, həm də alman avtomobil sənayesinə qarşı yönəldi. Ümumilikdə, bu kampaniya iki ölkə arasında siyasət sahəsində də bəhrəsini verməyə başladı. Dizeldən imtina, təbii ki, böyük problemdir. Benzinin qiyməti həmişə aşağı olan ABŞ-da, dizəl mühərrikləri geniş yayılmadığından, bu göstərici Avropada avtomobil parklarının təxminən 50 faizini təşkil edir. Bütün bunların Avropanı hansı çətinliklərlə üz-üzə qoyacağını isə gələcək göstərəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info