“Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir”
Tarix: 08.08.2017 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur. Bununla əlaqədar Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand mətbuat konfransı keçirib.
Səfir bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: “Baş nazirin ötən ilin oktyabrında Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərdə yüksəliş var. Prezident İlham Əliyev bu il ECO sammiti çərçivəsində Pakistana səfər etdi. Bu səfər çərçivəsində məhsuldar görüşlər keçirildi, ticarət dövriyyəsinin artırılması, iqtisadi və hərbi əməkdaşlığın inkişafının vacibliyi vurğulandı. Müzakirələr zamanı qeyd olundu ki, ticarət dövriyyəsi potensialdan çox aşağıdır və 3 ildə 10 dəfə artırılmalıdır. 19-21 iyunda Pakistan fövqəladə hallar naziri Azərbaycanda səfərdə oldu. Səfər zamanı tərəflər əməkdaşlığın gücləndirmək, treninqlərin keçirilməsinə üstünlük vermək barədə razılıq əldə etdilər”.
Səfir qeyd edib ki, Azərbaycan noyabrın 9-12-də Karaçi “Expo Center”də keçiriləcək “Expo Pakistan” sərgisinə dəvət olunub. O bildirib ki, bu sərgi ənənəvi olaraq hər il keçirilir və 60-dan çox ölkə iştirak edir.
Azərbaycanla Pakistan arasında olan hərbi əməkdaşlıq məsələlərinə toxunan səfir bu sahədə də işlərin yüksək səviyyədə qurulduğunu dilə gətirib. O deyib: “Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Pakistanın güclü hərbi sənayesi var. Bu sahə də Azərbaycan əməkdaşlığımızın ən vacib hissələrindən biridir. Bu yaxınlarda Azərbaycan Pakistandan hərbi təlim təyyarələri aldı. Biz daha çox treninqlər təşkil etməyə, münasibətləri daha irəli aparmağa çalışacağıq". Səfir qeyd edib ki, gələcəkdə də “JF Thunder” təyyarələrinin alınması ilə bağlı danışıqların aparılması mümkündür.
Səid Xan Mohmand son günlərin Pakistanla bağlı ən çox danışılan mövzusu olan baş nazirin hakimiyyətdən getməsi məsələsinə də toxunub. O qeyd edib ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq ölkəsinin xarici siyasətində dəyişikliklər olmayacaq:
“Baş nazirin hakimiyyətdən getməsi ilə Pakistanın qonşu ölkələr və digər dövlətlərlə münasibətlərində dəyişiklik olmayacaq”. O bildirib ki, baş nazir Nəvaz Şərifin Ali Məhkəmənin qərarı ilə hakimiyyətdən kənarlaşdırılması ölkədə böhrana səbəb olmadı: “Baş nazirin partiyası yenə parlamentdədir. Pakistanda baş verən siyasi dəyişiklik qonşularla, super güclərlə münasibətlərimizi yaxşı səviyyədə saxlayacaq, biz terrorla mübarizə aparmağa davam edəcəyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info