“Azərbaycan qlobal enerji layihələrinin fəal iştirakçısına çevrilib”
Tarix: 01.05.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Mayın 1-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda konfrans keçirilib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Sumqayıtda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Sonra öz işinə başlayan konfransda müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sferalarda köklü islahatların həyata keçirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışıb.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, ulu öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, milli iqtisadiyyatın yaradılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadiyyatın liberallaşması və rəqabətqabiliyyətliliyinin artırılması, büdcə və valyuta ehtiyatlarımızın çoxalması, sahibkarlıq fəaliyyətinin genişlənməsi dahi siyasət korifeyi Heydər Əliyev tərəfindən həyata keçirilmiş sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətləri olub. Bu gün Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısına çevrilib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ulu öndər Heydər Əliyevin insan kapitalının inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirdiyi islahatlar, regionların və sahibkarlığın inkişafı sahəsində misilsiz xidmətləri barədə məruzələrlə çıxış ediblər.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info