“Sovetski” ərazisindəki yeni yollarda 17 ədəd piyada keçidi salınıb
Tarix: 09.08.2017 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını təmin edib.
 
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlar müfəssəl təhlil edib. Əldə edilən nəticəyə uyğun olaraq, layihə çərçivəsində salınan yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb. Nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib. Yeni salınan yollarda hərəkət istiqamətlərini bildirən məlumat lövhələri qoyulub.
 
Sözügedən ərazidə 17 ədəd piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada işıqforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün xəbərdaredici məlumatlar yazılıb. Paytaxtımızda xarici turistlərin olduğunu nəzərə alaraq, bu məlumatlar ingilis dilində də qeyd edilib. Hərəkətin təhlükəsizliyi nəzərə alınaraq svetofor dirəklərində də 3 dildə (azərbaycan, rus və ingilis) xəbərdaredici məlumat lövhələri quraşdırılıb.
 
Fiziki imkanları məhdud  və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi üçün piyada keçidlərində ümumilikdə 34 ədəd pandus qoyulub. İlk dəfə olaraq məhz burada bəzi piyada keçidlərində yalnız sarı xəbərdaredici işığı olan svetofor quraşdırılıb. Ümumilikdə ərazidə 44 ədəd svetofor obyekti quraşdırılıb. Bu svetoforların 8-i xüsusi sensorla təchiz edilib. Belə svetoforlar eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulub. Belə ki, piyada əllə sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər.
 
“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 8 ədəd avtobus dayanacaq pavilyonu da qoyulub. Bu dayanacaqdakı məlumat lövhələri də yeni tərtibatda dizayn edilib. Lövhədə danacaq məntəqəsinin ünvanı, ordan keçən marşrut xətləri ilə bağlı məlumatlar öz əksini tapıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info