«Avropada intiharların artması sərt iqtisadi tədbirlərlə bağlıdır»
Tarix: 01.05.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


«Sərt iqtisadi tədbirlər, «kəmər sıxma siyasəti» Avropa və Şimali Amerika sakinlərinin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir»

Oksford universitetinin siyasi iqtisadiyyat üzrə mütəxəssisi olan Devid Stakler və köməkçisi, Stenford Universitetinin professoru Sanjey Basunun 10 il ərzində apardıqları araşdırma maraqlı məqamları üzə çıxarıb. «Röyters» agentliyinin məlumatına görə, araşdırma sərt iqtisadi tədbirlərin insan sağlamlığına zərbə vurduğunu üzə çıxarıb.

Qeyd edilir ki, sərt iqtisadi tədbirlər, «kəmərsıxma siyasəti» Avropa və Şimali Amerika sakinlərinin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. İnsanlar arasında intihar, depressiya hallarının, infeksiya xəstəliklərinin artması və dərman almağa imkanların azalması da sərt iqtisadi tədbirlərlə bağlıdır. Onların bu həftə çap olunacaq kitabında qeyd edilir ki, «Böyük resessiya» dövründə Avropa və Şimail Amerikada tətbiq edilən sərt iqtisadi tədbirlər milyonlarla ağır depressiya halının və 10 mindən çox intihar faktlarının baş verməsi ilə əlamətdar olub. Müəlliflər apardıqları araşdırma nəticəsində bəzi qorxunc məqamları üzə çıxarıblar. «Röyters»in təqdim etdiyi yazının müəllifi olan Keyt Kelland yazır ki, Yunanıstanda büdcənin kəskin şəkildə azalması, maaşların kəsilməsi, vergilərin çoxaldılması QİÇS virusunun yayılmasını kəskin şəkildə artırıb. 2011-ci ildən sonra yunanlar arasında, xüsusilə 50 faizdən çoxu işsiz olan gənclər arasında narkotikdən istifadə halları kütləvi şəkildə artıb. Son onilliklər ərzində ilk dəfə malyariyanın yayılması ən yüksək səviyyəyə çatıb. Bu isə malyariyanın yayılmasının qarşısını almaq üçün tətbiq edilən proqramların maliyyələşməsinin dayandırılmasından sonra baş verib: «Böhran başlayandan 5 milyon amerikalı səhiyyə imkanlarından məhrum olub, Britaniyada isə 10 mindən çox ailə evsiz qalıb. Oksford Universitetinin baş araşdırmaçısı Devid Stakler hesab edir ki, siyasilər qərar qəbul edərkən bilməlidirlər ki, onların qərarlarının nəticəsi insanların sağlamlığına ciddi dərəcədə təsir göstərir: «Bizim tədqiqat nəticəsində üzə çıxardığımız bəzi faktlar, göstərir ki, QİÇS virusu, malyariyanın yayılmasının əsas səbəblərindən biri maliyyələşmənin kəsilməsi, insanların dərman almaq imkanlarının azalmasıdır. Bu isə öz növbəsində alkoqoldan istifadə, intihar, depressiya hallarını kütləvi şəkildə artırır. Amma bütün bunlardan qaçmaq mümkündür. Sərt iqtisadi tədbirlər dağıdıcı effekt yaradır». Staklerin bundan əvvəl apardığı və nüfuzlu elmi jurnallarda çap edilən tədqiqatının nəticəsinə görə, Avropa ölkələrində intihar faktlarının sayının çoxalması sərt iqtisadi təbirlərlə birbaşa bağlıdır və maliyyə vəsaitlərinin kəsilməsi fonunda viruslar sosial cəhətdən az təmin olunan əhali arasında daha geniş yayılır. Hər iki alim belə hesab edirlər ki, aşağı iqtisadi imkanlar çərçivəsində belə, insanların sağlamlığına ciddi zərbə vuran tədbirlərdən qaçmaq mümkündür. Bunun üçün effektiv tədbirlər həyata keçirilməlidir. Məsələn, böhran dövründə İsveç kütləvi işsizliyə baxmayaraq, əmək bazarı ilə bağlı xüsusi siyasət həyata keçirərək intihar hallarının çoxalmasının qarşısını ala bilmişdi».
ANAR




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info