Berlin əfqanların kütləvi şəkildə köçürülməsini dayandırır
Tarix: 09.08.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Almaniya Daxili İşlər Nazirliyi və ölkənin Xarici İşlər Nazirliyi arasında əldə edilmiş razılaşmaya görə, əfqanıstanlı qaçqınların AFR ərazisindən geriyə, öz vətənlərinə köçürülməsi təcrübəsi yalnız ayrı-ayrı hallarda davam etdiriləcək. Berlinin bu mövqeyi ölkədə təhlükəsizlik sahəsində vəziyyətin federal hakimiyyət orqanları tərəfindən yenidən qiymətləndirilməsi ilə bağlıdır.
“Redaktionsnetzwerk Deutschland” nəşriyyat birliyinin bu gün verdiyi məlumatda bildirilir ki, Almaniya nazirlikləri tərəfindən rəsmən təsdiqlənmiş prosedurda əfqanıstanlı sığınacaq istəyənlərin AFR ərazisindən çıxarılması yalnız müstəsna hallarda tətbiq ediləcək. Əslində həmin qayda qeyri-rəsmi şəkildə bu il may ayından – AFR-in Kabildəki səfirliyinin qarşısında törədilmiş qanlı terror aktından sonra tətbiq olunurdu.
AZƏRTAC xəbər verir ki, bu gün “təhlükəsiz ölkələr” adlandırılan dövlətlərin siyahısında Əfqanıstanın adı yoxdur. Albaniya, Makedoniya, Monteneqro və Serbiyanın daxil edildiyi həmin siyahı bu dövlətlərin AFR-də sığınacaq almaq üçün müraciət etmiş vətəndaşlarının Almaniyadan kütləvi şəkildə köçürülməsi prosedurunu asanlaşdırmağa xidmət edir.
Almaniyanın hakimiyyət orqanları bundan əvvəl Əfqanıstanda təhlükəsiz regionlar olduğunu bildirir və bununla əlaqədar, Almaniyada sığınıcaq verilməsindən imtina edilmiş əfqanların daha fəal şəkildə geri göndərilməsində israr edirdilər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info