“Ermənilərin törətdiyi təxribat son dərəcə ciddi siqnaldır“
Tarix: 09.08.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusibovun ağır qəlpə yaraları alması göstərir ki, Ermənistan silahlı qüvvələri cinayətkar qruplaşmalardan ibarətdir və bu ölkədəki siyasi rejimin mahiyyətindən irəli gələrək onlar uşaqları, qadınları, qocaları hədəfə alırlar.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, bu təxribatlar faşist xislətindən irəli gələn addımlardır:
"Həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar. Ermənistan isə növbəti dəfə dinc əhalini hədəfə almaqla, gözlənilən danışıqlar prosesinin üstündən indidən xətt çəkməyə cəhd edir ki, danışıqlar baş tutmasın. Bu, Ermənistanın növbəti cinayətkar hərəkətidir. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu bu hadisə ilə bağlı lazımi ölçü götürməsələr, heç kim təminat verə bilməz ki, münaqişə müharibəyə çevrilməyəcək, aprel döyüşləri təkrarlanmayacaq. Tovuz rayonunda ermənilərin törətdiyi təxribat son dərəcə ciddi siqnaldır və bu hadisədən nəticə çıxarmağın vaxtı artıq çoxdan çatıb”.
Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info