Sumqayıtda yanğın baş verən yataqxanada mənzillərin təmirinə başlanıb
Tarix: 09.08.2017 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Sumqayıt Dövlət Universitetinin ərazisində yerləşən 5 mərtəbəli yataqxanada baş verən yanğın nəticəsində zərər dəymiş mənzillərin bərpasına başlanıb.  
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun verdiyi məlumata görə, yanğın nəticəsində yataqxanada məcburi köçkünlərin yaşadığı 22 mənzilə ziyan dəyib.
Artıq mənzillərin təmirinə başlanıb və mənzillərin qısa müddətdə təmirinin başa çatdırılması üçün iş aparılır: “Mənzillərin təmirinə 3 briqada cəlb olunub. Həmin mənzillər yüksək səviyyədə təmir edilərək məcburi köçkün ailələrə təqdim olunacaq”.  
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin ərazisində yerləşən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşıb. Yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşlar üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info