Milli Məclisdə Türkmənistanla əlaqələr müzakirə olunub
Tarix: 09.08.2017 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. Görüşdə Oqtay Əsədov dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edən Milli Məclisin sədri Prezident Qurbanqulu Berdiməhəmmədovun bu səfərinin Azərbaycan-Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcəyini əminliklə vurğulayıb. Oqtay Əsədov deyib ki, ölkələrimiz arasında indiyədək 45 sənəd imzalanmışdı, bu səfər çərçivəsində isə daha 14 sənəd imzalandı və bununla da mövcud hüquqi baza daha da möhkəmləndirildi. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması isə ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafına geniş imkanlar açacaq.
Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin prezidentlərinin siyasi dialoqlarının əhəmiyyətini vurğulayan Oqtay Əsədov ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlığın olduğunu söyləyib.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda keçirdiyi görüşlərin, aparılan müzakirələrin və imzalanan sənədlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Ali qonaq Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Dövlət başçısı ölkələrimizin beynəlxalq səviyyədə birgə fəaliyyətindən, qarşılıqlı etimad və dəstəkdən razılığını bildirib.
Türkmənistan Prezidenti vurğulayıb ki, ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə reallaşdırdığı iri layihələr nəinki region, həm də dünya üçün xüsusi önəm daşıyır. Dövlət başçısı xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini, bunları qoruyub gələcək nəsillərə çatdırmağın vacib olduğunu söyləyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info