İran Azərbaycanla sərhəd zonasında xəstəxanalar tikir
Tarix: 09.08.2017 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


İranın Sosial Təminat Təşkilatının sağlamlıq turizmi ilə bağlı master-planın təqdimat mərasimi keçirilib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, master-planın  təqdimatı ilə yanaşı qonşu ölkələrdən xəstələrin qəbulu və onların yerləşdirilməsi layihəsinə start verilib. 
 
Mərasimdə  müxtəlif ölkələrdən, o cümlədən Azərbaycanın özəl şirkətlərini təmsil edən şəxslər iştirak edib. Master-plan çərçivəsində 17 xəstəxana və 200 həkim qonşu ölkələrdən, o cümlədən Azərbaycan və İraqdan gələn xəstələri qəbul edəcək və onlara xidmət göstərəcək.
 
İranın kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbii APA-a açıqlamasında bildirib ki, İranda Azərbaycandan gələn xəstələrin müalicəsi üçün geniş potensial mövcuddur: “Ümid edirik ki, turizm sahəsində Azərbaycanla əlaqələrimiz daha da inkişaf edəcək”.
 
Ə.Rəbii bildirib ki, İran tərəfinin Azərbaycanda inşa etdiyi dərman istehsalı zavodu tezliklə istifadəyə veriləcək.
 
Sosial Təminat Təşkilatının baş direktoru Tağı Nurbəxş isə bildirib ki, tezliklə Azərbaycanla sərhəd zonasında, o cümlədən Parsabad, Təbriz, Urmiya və Xoy şəhərlərində xəstəxanalar fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, sözügedən xəstəxanalarda  Azərbaycandan gələn xəstələr müalicə oluna biləcək.




Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info