Anji Kaspşik cəbhə xəttindəki çətinliklər barəsində məlumatlandırılıb
Tarix: 09.08.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik avqustun 9-da Ağdam rayonunda olub.
AZƏRTAC xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
Diqqətə çatdırılıb ki, sonuncu monitorinqin keçirildiyi mart ayının 1-dən indiyədək mülki əhalinin yaşadığı ərazilərdə 996 dəfə atəşkəs pozulub. Düşmənin atəşi nəticəsində rayonun Orta Qərvənd kəndində vətəndaşa məxsus ot bağlamaları yanıb, Təzəkənd kəndində elektrik naqilləri qırılıb.
Anji Kaspşik ətraflı məlumat üçün minnətdarlığını bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info