Çinin nüfuzlu “CCTV-4” kanalının çəkiliş qrupu Naxçıvan Dövlət Universitetində
Tarix: 09.08.2017 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Çinin nüfuzlu “CCTV-4” kanalı ənənəvi “Homeland, Dreamland” (“Vətən - xəyallar ölkəsi”) səyahət verilişinin növbəti sayının çəkilişi üçün Azərbaycanı seçib. Naxçıvan Muxtar Respublikasının qonağı olan çəkiliş qrupu Naxçıvan Dövlət Universitetinə (NDU) də gəlib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin tədris işləri üzrə prorektoru Surə Seyid qonaqlara 50 illik yubileyini qeyd edən universitetin tarixi inkişaf yolu və beynəlxalq əlaqələri haqqında məlumat verib. Vurğulanıb ki, 300 xarici tələbənin təhsil aldığı NDU-da 6 minə yaxın tələbə kontingenti var. Ali təhsil ocağında 12 fakültə üzrə 58 ixtisas mövcuddur.
Prorektor elektron qaydada təşkil olunan imtahan prosesi haqqında da söz açıb.
Qonaqlar imtahan keçirilən otaqlarda olub, İKT mərkəzinin iş prinsipi ilə maraqlanıblar. Çəkiliş qrupunun üzvləri media mərkəzi, universitet televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyətindən, universitetdə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Kanalın rejissoru göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib.
Sonra “Huawei” şirkətinin xətti ilə Çin Xalq Respublikasında təcrübə keçən tələbələrlə görüş olub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info