13 yaşlı uşağın hədəfə alınması Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir
Tarix: 09.08.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Elman Nəsirov:
“Tovuzda ermənilərin törətdiyi təxribat son dərəcə ciddi siqnaldır və bu hadisədən nəticə çıxarmağın vaxtı çoxdan çatıb”

Musa Qasımlı:
“Mülki əhalini atəşə tutmaq hərbi cinayətdir”

Piter Teys:
“Ermənistan ordusunun dinc sakinlərə hücumu Avropa İttifaqının qurumları, Avropa ölkələrinin hökumətləri və ATƏT tərəfindən fəal şəkildə pislənməlidir”

Daim təxribatlar törətməklə gündəmə gələn Ermənistan silahlı qüvvələri son günlərdə də cəbhə bölgəsində hərbi cinayətlər törətməklə vəziyyətin daha da gərginləşməsinə cəhdlər edir. Ümumiyyətlə təkcə son iki aya nəzər salsaq görərik ki, danışıqlar prosesini pozmaq üçün ən müxtəlif vasitələrə əl atan Ermənistan tərəfi iyulun 4-də növbəti dəfə təxribat törətməklə işğalçı və terror dövləti olduğunu, beynəlxalq hüquqa əhəmiyyət vermədiyini bir daha ortaya qoyub.
Belə ki, Ermənistan silahlı qüvvələrinin həmin gün Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi həyatını itirib, bir nəfər dinc sakin ağır yaralanıb. Mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirib. Avqustun yeddisində isə 13 yaşlı uşağın yaralanmasına nail olub. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdiyi növbəti təxribat isə nəinki Azərbaycan ictimaiyyətində narazılıq yaradıb, artıq bir sıra əcnəbi siyasətçilər də mülki əhalinin hədəf alınmasına kəskin reaksiya veriblər. Qeyd edək ki, son təxribat zamanı Tovuzun Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov deyir ki, ermənilərin törətdiyi təxribat son dərəcə ciddi siqnaldır. O işğalçı ölkənin mülki əhalini hədəfə almasını faşist xisləti kimi dəyərləndirib: “Ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusibovun ağır qəlpə yaraları alması göstərir ki, Ermənistan silahlı qüvvələri cinayətkar qruplaşmalardan ibarətdir və bu ölkədəki siyasi rejimin mahiyyətindən irəli gələrək onlar uşaqları, qadınları, qocaları hədəfə alırlar. Bu təxribatlar faşist xislətindən irəli gələn addımlardır. Həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar. Ermənistan isə növbəti dəfə dinc əhalini hədəfə almaqla, gözlənilən danışıqlar prosesinin üstündən indidən xətt çəkməyə cəhd edir ki, danışıqlar baş tutmasın. Bu, Ermənistanın növbəti cinayətkar hərəkətidir. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu bu hadisə ilə bağlı lazımi ölçü götürməsələr, heç kim təminat verə bilməz ki, münaqişə müharibəyə çevrilməyəcək, aprel döyüşləri təkrarlanmayacaq. Tovuz rayonunda ermənilərin törətdiyi təxribat son dərəcə ciddi siqnaldır və bu hadisədən nəticə çıxarmağın vaxtı artıq çoxdan çatıb”.
Millət vəkili Musa Qasımlı da məlum təxribatın məqsədli şəkildə törədildiyini deyir. Onun sözlərinə görə, mülki əhalinin “qurban” kimi seçilməsi Ermənistan hakimiyyətinin siyasətinin mahiyyətini göstərir: “Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərdən azərbaycanlıların yaşadığı kəndlərdə mülki əhalini atəşə tutması bir sıra məqsədlər güdür. Bununla Ermənistan sərhəddə yaşayan dinc sakinlərimizi qorxutmağa çalışır. Eyni zamanda, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələri, ilk növbədə Rusiyanı bu işə cəlb etmək istəyir, diqqəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlardakı vəziyyətdən yayındırır”. Deputat vurğulayıb ki, Ermənistanın bu hərəkəti göstərir ki, qonşu ölkə əsas hədəf kimi mülki əhalini seçir: “Bu isə Ermənistan hakimiyyətinin siyasətinin mahiyyətini göstərir. Mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür”.
Əcnəbi mütəxəssilər də Ermənistanın təxribatlarının beynəlxalq səviyyədə pislənməsinin tərəfdarıdır. ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib ki, Ermənistan qoşunlarının Tovuz rayonunda dinc sakinlərə hücumu Avropa İttifaqının (Aİ) qurumları, Avropa ölkələrinin hökumətləri və ATƏT tərəfindən fəal şəkildə pislənməlidir. O deyib: “ABŞ Dövlət katibi və Maliyyə Departamentinin katibi Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq olunması məsələsinə baxılması üçün təcili surətdə iclas çağırmalıdır. Dünya ictimaiyyəti Ermənistan hökuməti və korrupsiyaya qurşanmış qoşunları tərəfindən həyata keçirilən bəşəriyyətə qarşı cinayətlərlə bağlı susmaqda davam edir. Bu münasibət Yerevanın cəzasızlığına gətirib çıxarır və erməniləri bəşəriyyətə qarşı bu cür cinayətlərə təşviq edir”.
Ekspert qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı zorakılıq aktlarını pisləməli və Azərbaycanın suveren ərazilərindən qoşunları çıxarmayanadək Ermənistana siyasi və iqtisadi sanksiyalar tətbiq etməlidir.
Ümumiyyətlə, bu gün Ermənistanda yaşanan siyasi, iqtisadi, hərbi, mənəvi, psixoloji böhranı nəzərə alsaq işğalçı ölkənin ordusunun daim təxribatlara əl atmasının mahiyyətində nələrin dayandığını anlamaq olar. Ermənistandakı rejim çalışır ki, belə təxribatlara əl ataraq daxili auditoriyanın etiraz dalğasını bir az sakitləşdirsin. Yəni hakim rejim xalqa göstərməyə çalışır ki, başı münaqişəyə qarışıb. Xalqa demək istəyir ki, iqtisadi problemləri kənara qoyub münaqişəni düşünün.
Məlumat üçün bildirək ki, 2016-cı il aprel ayının əvvəlində də Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə alıb, nəticə olaraq Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qalıb. Törədilən vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla 6 nəfər həlak olub, 33 nəfər ağır yaralanıb. Eyni zamanda məktəblər, xəstəxanalar, təsərrüfat obyektləri ağır artilleriyanın aramsız hücumlarına məruz qalıb, ciddi zərər görüb. Bu il də Ermənistan silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində dinc sakinlərin, o cümlədən 2 yaşlı uşağın qətlə yetirilməsi, Tovuzda 13 yaşlı uşağın yaralanması Ermənistan hökumətinin Xocalıda törətdiyi soyqırımının davamı və eyni qaniçən zehniyyətin növbəti məhsuludur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info