“Rusiyada «xarici agent» kimi qeydiyyatdan keçən QHT-lər 3 aydan bir hesabat verəcəklər”
Tarix: 02.05.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Başqa bir dövlətin ərazisində siyasi fəaliyyəti maliyyələşdirmək faktiki olaraq daxili işlərə müdaxilədir və buna heç cür haqq qazandırmaq olmaz”

Rusiyada xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının «xarici agent» kimi qeydiyyatdan keçməsi ilə bağlı qanunun qüvvəyə minməsindən sonra dövlət orqanlarının keçirdiyi yoxlamalar davam edir. Ayrı-ayrı dövlət strukturlarının nümayəndlərinin iştirakı ilə keçirilən yoxlamalar Rusiyanın bütün regionlarını əhatə edir.

«Vesti.ru» saytı bildirir ki, Rusiya Ədliyyə Nazirliyi xarici ölkələrdən maliyyə alınması və buna müvafiq olaraq «xarici agent» kimi qeydiyyata alınma ilə bağlı qaydaları, QHT-lərin hesabat təqdimetmə vaxtlarını açıqlayıb. Sayt yazır ki, hələlik keçirilən yoxlamalardan sonra heç bir QHT «xarici agent» kimi qeydiyyata dayanmayıb: «Məsələ ondadır ki, Rusiya cəmiyyətində «xarici agent» ifadəsi «xalq düşməni» kimi qəbul edildyindən QHT-lər bu damğanı üzərlərinə götürmək istəmirlər. Digər tərəfdən bu adla qeydiyyatdan keçən təşkilatların bütün sənədlərində həmin ifadə yer alacaq və onlar keçirdikləri ictimai tədbirlərin hamısını «xarici agent» statusu ilə təşkil edəcəklər. Bu isə elə əvvəlcədən həmin QHT-nin fəaliyyətinin iflası deməkdir. Rusiyanın Ədliyyə Nazirliyində hesab edirlər ki, gec-tez xaricdən yardım alan QHT-lər «xarici agent» kimi qeydiyyatdan keçəcəklər. Qaydalara əsasən həmin QHT-lər 3 aydan bir dövlət orqanlarına aldıqları vəsait, onun mənbəyi, xərclənməsi ilə bağlı hesabat verməlidirlər. Bununla yanaşı həmin QHT-lər ildə bir dəfə fəaliyyətləri, rəhbərləri və işçiləri barədə Ədliyyə Nazirliyinə geniş hesabat təqdim etməlidir. Eyni zamanda QHT-lər müahisibatlığın auditor yoxlamasının nəticəsini də təqdim etməyə məcburdurlar. Sənədlər birbaşa təqdim edilməyə də bilər. QHT-lər tələb olunan sənədləri poçt və ya elektron formata nazirliyə çatdıra bilərlər. Mart ayından başlanan yoxlamalar may ayı ərzində başa çatacaq. Ancaq bundan sonra xaricdən pul alaraq Rusiyada siyasətlə məşğul olan neçə təşkilatın olduğu müəyyənləşəcək. Həmin təşkilatlar fəaliyyətlərini davam etdirmək üçün «xarici agent» kimi qeydiyyatdan keçməyə məcburdurlar. Qeyd edək ki, bir müddət əvvəl Almaniya televiziyasına müsahibə verən Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, qanunun qəbulundan keçən 4 ay ərzində Rusiya QHT-lərinə xaricdən 1 milyard dollar ayrılıb: «Həmin təşkilatlar Rusiyada siyasi fəaliyyətlə məşğuldurlar. Məgər bizim xalqımız bilməməlidir ki, xaricdən pulu kim və nə məqsədlə alır? Başqa bir dövlətin ərazisində siyasi fəaliyyəti maliyyələşdirmək faktiki olaraq daxili işlərə müdaxilədir və buna heç cür haqq qazandırmaq olmaz». Bu baxımdan yanaşanda hakimiyyət orqanlarının məsələyə yanaşması normaldır. Çünki dövlət həmin təşkilatların fəaliyyətini qadağan etmir, sadəcə onların siyasi məkanda şəffaf fəaliyyət göstərməsini istəyir».

Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info