“Bölgələrimiz inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olub”
Tarix: 09.08.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


“Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq ölkə iqtisadiyyatında yeni bir istiqaməti - regionların sosial-iqtisadi inkişafını dövlət siyasətinin prioriteti elan etdi”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin müəllifi olduğu Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının reallaşdırılması nəticəsində ümumən Azərbaycanın tərəqqisi təmin edilmiş oldu. “2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən proqramlar çərçivəsində görülmüş işlər bir sıra hədəfləri reallaşdırmağı təmin edib. Birincisi, Azərbaycanın bütün bölgələrində abadlıq-quruculuq işləri həyata keçirilib, Olimpiya kompleksləri, Diaqnostika mərkəzləri, məktəblər, bağçalar, xəstəxanalar və digər bir çox müxtəlif sosial obyektlər inşa edilərək, vətəndaşların istifadəsinə verilib. Görülmüş bu işlərin nəticəsində bölgələrin siması əhəmiyyətli şəkildə dəyişib, gözəlləşib. İkincisi, həyata keçirilən infrastruktur layihələri əsasında bölgələrdə yeni yollar salınıb, elektrik stansiyaları, qaz və su xətləri inşa edilib. Bununla da, hazırda Azərbaycanın, demək olar ki, bütün rayonlarında, qəsəbələrində, kəndlərində elektrik, qaz və su ilə təminat ən yüksək səviyyədədir. Üçüncüsü, regionlarda həyata keçirilən aqrar və sənaye layihələri nəticəsində Azərbaycanın kənd təsərrüfatı üçün ənənəvi sayılan sahələr dirçəldilib, bərpa edilib, yeni sənaye məhəllələri salınıb, istehsal müəssisələri inşa edilib. Bununla da, bölgələrdə yeni iş yerləri açılıb, insanların yaşayış səviyyəsi yüksəlib. Bu proseslər bu gün də davam etdirilməkdədir. Bir sözlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Azərbaycanın kompleks inkişafının konseptual əsaslarını təşkil edir”. “Bu gün hər bir vətəndaşımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan inkişaf kursu Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxaracaq” - deyən Milli Məclisin deputatı əlavə edib ki, hazırda ölkəmizin bütün bölgələrində lazımi infrastruktur layihələri uğurla icra edilib və bölgələrimiz inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info