Avropada kərə yağı böhranı yaşanır
Tarix: 09.08.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Dünyanın qabaqcıl süd firmalarında istehsalın geriləməsi və sürətlə artan tələbat artıq bədənimiz üçün faydalı qəbul edilən kərə yağı qiymətlərinin yüksəlməsinə səbəb olub. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə kərə yağının qiymətləri böyük bir sürətlə artır. Qiymətlərdəki artım Avropada kərə yağı böhranının yaranmasına yol açıb. Tələbin getdikcə artdığı Avropada ərzaq şirkətləri qarşıdakı aylarda bazarda kifayət qədər kərə yağı olmayacağı və qiymət artımlarının davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qiymətlər bu il ikiqat olub

İyul ayının əvvəlində qida nəhəngi sayılan “Arla”nın icraçı direktoru Peder Tuborghun kifayət qədər süd tədarük edilə bilmədiyini və kərə yağı çətinliyi yaşana biləcəyini bildirməsi istehlakçılar arasında bir çaxnaşma meydana gəlməsinə səbəb olmuşdu. Bu təxminlər doğru çıxdı. Avropada iyun ayında kərə yağının qiymətləri 14 faiz artarkən, yeni ildən bu yana qiymətlərdəki artım 100 faiz oldu. 2016-cı ildə 200 olan FAO kərə yağı qiymət indeksi bu il 400-ü keçib. Beləliklə, qiymət artımlarının yaxın zamanda şirniyyat məhsullarında öz əksini tapacağı gözlənilir.
Analitiklərə görə, bir tərəfdən Avropada tələb güclənir. “Rabobank”ın qlobal süd məhsulları mütəxəssisi Kevin Bellamy, kərə yağı tələbində struktur dəyişiklik yaşandığını söyləyir. 2014 və 2015-ci illərdə təklif çox olmasına baxmayaraq, tələbin qiymətlərdə azalmağa maneə törətdiyini ifadə edən Bellamy, insanların kərə yağına daha çox yönəldiyini, hətta kərə yağından xörəklərdə istifadənin artdığını bildirib.
Son araşdırmaların da kərə yağı və ürək-damar xəstəlikləri arasında güclü bir əlaqə olmadığını ortaya qoyması istehlakı dəstəklədi. Bəzi bitki yağlarının sağlamlığa mənfi təsirlərinin olduğuna dair mübahisələr də kərə yağı istehlakını artırıb. “Eurominotor”un ərzaq məhsulları üzrə analitiki Raphael Moreau, insanların marqarin yağından imtina edərək təbii məhsullara üstünlük verməsi ilə kərə yağı satışlarının artırdığını söyləyib.

AB-də kərə yağı ehtiyatı 99 faiz azalıb
Ancaq tələblə bağlı artan qiymətlərə baxmayaraq, bir çox firmanın istehsalını artırmağı bacara bilmədiyi müşahidə olunur.
Mütəxəssislər qlobal ehtiyatlardakı azalmanın mühüm əhəmiyyət kəsb etdiyini deyirlər. Avropa Birliyində may ayının sonunda kərə yağı ehtiyatı 1.396 tona enib. Bu rəqəm, 2016-cı ilin may ayına görə ehtiyatların 9 faiz azaldığı göstərir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qlobal ehtiyatlar da bu il 300 min tondan aşağı olub. Çin kimi ölkənin süd məhsulları bazarında da bu sahədə problemlər var.
Dünyanın ən böyük süd istehsalçıları arasında Avropa Birliyi, ABŞ, Yeni Zelandiya, Avstraliya və Argentina yer alır. Technavio analitikləri 2014-2019-cu illər arasında qlobal kərə yağı bazarında illik ortalama böyümə sürətinin 4.84 faiz olacağını təxmin edirlər. Ötənilki qlobal bazarın böyüklüyü də 5.6 milyon ton olaraq hesablanır.
Dünyada kərə yağı ixracatının böyüklüyü ildə 9 milyard dollara yaxındır. Ən böyük ixracatçılar arasında Yeni Zelandiya, Hollandiya, İrlandiya, Almaniya, Belçika, Fransa, Belarus, ABŞ, Avstraliyanın adları çəkilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Hindistanda tikiş fabrikində partlayış nəticəsində azı 10 nəfər ölüb
23.02.2019
Venesuelada ordu ilə yerli xalq arasında toqquşma
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir
23.02.2019
Venesuela Kolumbiya ilə sərhədi bağladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info