Ağdamda mövcud vəziyyət barama istehsalını artırmağa imkan verir
Tarix: 10.08.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Ağdam rayon Quzanlı qəsəbəsində Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə olunub.
Barama və pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, kənd təsərrüfatının strateji sahələrindən hesab olunan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirib.
Baramaçılığın vaxtilə Ağdam rayonunda inkişaf edən sahələrdən olduğunu deyən R.Məmmədov 1980-ci illərdə hər il rayon üzrə 300 tondan artıq barama istehsal edildiyini, lakin 1992-ci ildən sonra barama istehsalının dayandığını vurğulayıb. Qeyd edib ki, uzun fasilədən sonra ötən il ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə rayon ərazisində 40 min tut tingi əkilib. 2016-cı ildə Ağdam rayonunda 2,4 ton, 2017-ci ildə 13,2 ton barama istehsal olunub. Rayon ərazisindəki mövcud tut ağacları və əhalinin baramaçılıq sahəsindəki təcrübəsi barama istehsalını dəfələrlə artırmağa imkan verir.
Kənd Təsərrüfatı İdarəsinin rəisi Allahverən Əliyev, kümçü Məhəmmədəli İmanov və başqaları çıxış edərək, 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq üçün yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Toplantıda pambıqçılığın inkişafından da bəhs edilib. Qeyd olunub ki, əgər 2016-cı ildə rayon ərazisində 350 hektar sahədə pambıq əkilmişdisə, bu il 3005 hektara çatdırılıb. Tarlalara göstərilən düzgün aqrotexniki qulluq sayəsində hər hektardan 30-35 sentner pambıq istehsal edilməsi gözlənilir.
Yığıncaqda yüksək nəticə göstərən bir qrup kümçüyə rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyə verilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info