Ermənistan ordusunda tüğyan edən özbaşınalıq barədə animasiya hazırlanıb
Tarix: 10.08.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə “Özgə saatı” adlı animasiya çarxı hazırlanıb.
Müəlliflər qeyd edirlər ki, çarxda cəbhənin təmas xəttində Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq yaratdığı təxribatlar, Ermənistan ordusundakı özbaşınalıq və ölüm halları, erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz övladlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının aksiyaları və ermənilərin öz ölkələrini tərk etmələri əks olunub.
AZƏRTAC xəbər verir ki, animasiya çarxında erməni hərbçisinin işğal edilmiş ərazidə Azərbaycana məxsus saatı qarət etməsi və bu qarətin ona xoşbəxtlik əvəzinə ölüm bəxş etməsi göstərilir. Eyni zamanda, zəbt edilmiş ərazilərdə Azərbaycana məxsus bir sıra tarixi abidələrin 3D qrafikli animasiyaları hazırlanıb. 3D animasiyada, həmçinin ermənilərin cəbhənin təmas xəttində törətdikləri təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni hərbi helikopterinin və zenit-raket kompleksinin məhv edilməsi kadrları da yığılıb.
Çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Bu videoçarx Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada” layihəsi çərçivəsində hazırlanıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info