“Ermənistandakı hərbi xunta uşaqlara qarşı qəddarlığı ilə fərqlənir”
Tarix: 10.08.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Ermənistandakı hərbi xunta digərlərindən məhz uşaqlara qarşı daha qəddar yanaşması, uşaqları hədəf seçməsi ilə fərqlənir. Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusifovun yaralanmasına münasibət bildirərkən deyib.
S.Alıyev bildirib ki, bu fərq hazırda o xuntanın başında duran Serj Sarkisyanın etiraflarında da yer alıb: “Ancaq bu, təəccüblü deyil. Təəssüf və təəccüb doğuran odur ki, hansı səbəbdən Minsk qrupunun həmsədrləri uşaq qatilinə nəinki tolerant, eyni zamanda himayədarcasına yanaşırlar? Niyə dünya birliyi uşaq qatilinin, işğalçı rejimin, hərbi xuntanın əsl qiymətini vermək istəmir?!”.
Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
“Lenta.ru” Azərbaycan haqqında təxribat xarakterli məqaləyə görə üzr istədi
24.06.2019
Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır
24.06.2019
Avropa Şurası selektiv yanaşmaya, ikili standartlara son qoymalıdır
24.06.2019
Müxalifətin “radikal dindar” sevdası
24.06.2019
“Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələr Bolqarıstan üçün ümdə əhəmiyyət kəsb edir”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info