Ermənistanda hər beş nəfərdən biri işləmir
Tarix: 02.05.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


“Xırda biznes qeyri-bərabər vəziyyətdədir: böyük biznes sahəsində olduğu kimi eyni vergilər ödənilir”. Bunu Ermənistanın İşəgötürənlər İttifaqının sədri Qagik Makaryan jurnalistlərlə görüşü zamanı bildirib. Onun sözlərinə görə, Ermənistanda işləyənlərin sayı kəskin şəkildə azalıb: “Sovet dövründə insanların əksəriyyəti işləyirdi, sənaye inkişaf edirdi. İndi isə sənaye sahəsində çalışanların sayı 80 mini ötmür”.
“İşləyənlərin sayının artırılması üçün bizə ciddi səylər lazımdır. Bizdə ötən illərdə işsizlərin sayı 18,4% təşkil edirdi. Hökumət bu sayı azaltmağa söz versə də, bu say 19,7%-ə çatıb”, - deyə o əlavə edib.
“1in” yazır ki, Q.Makaryan bildirib ki, onlar son zamanlar xırda biznesi həyəcanlandıran məsələləri öyrənirlər. İşsizliyin aradan qaldırılması üçün xırda biznesi azad etmək və “rahat nəfəs almağa” imkan vermək lazımdır: “Biz bu ciddi mesajı hökumətə ünvanlamalıyıq. Xırda biznesin maliyyə problemləri var. Nə qədər ki faiz yüksəkdir, kreditlər götürə bilmirlər və hər ay lazımi məbləği ödəmək imkanları olmur. Baş ağrısı çəkməmək üçün bu xırda bizneslə məşğul olanlar kredit götürmürlər”.
İşəgötürənlər İttifaqının sədri qeyd edib ki, vergi sahəsində də xırda biznes qeyri-bərabər vəziyyətdədir - xırda biznes də böyük biznes sahəsində olduğu kimi eyni vergiləri ödəyir. Vergiyığanlar da bundan istifadə edərək, xırda bizneslə məşğul olanlar üçün qaçılmaz olan aktlar yazırlar.
O həmçinin bildirib ki, xırda bizneslə məşğul olan şirkətlər bir neçə ildən sonra ona görə bağlanırlar ki, yoxsulluq səbəbindən istehlakçıya malik deyillər, yaxud mühacirət səbəbindən insanlar çatışmır.

N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info