Belarus və Azərbaycan sərhədçiləri arasında Fəaliyyət Planı imzalanıb
Tarix: 10.08.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Belarus Dövlət Sərhəd Komitəsinin sədri, general-mayor Anatoliy Lapponun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 8-də Azərbaycana rəsmi səfərə gəlib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Daha sonra Dövlət Sərhəd Xidməti aparatında general-mayor Anatoliy Lapponun təntənəli qarşılanma mərasimi keçirilib. Azərbaycanın dövlət sərhədin¬dəki əməliyyat şəraiti və möv¬cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Belarus nümayəndələrinə ətraflı məlumat verib.

Görüşün sonunda Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında 2 illik Fəaliyyət Planı imzalanıb.

Avqustun 11-dək davam edəcək səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri və regionlardakı struktur bölmələrinin fəaliyyəti və mövcud imkanları ilə tanışlığı, ölkəmizin mədəni-tarixi yerlərini ziyarət etməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info