Xaçmazda 2 min hektardan çox yeni fındıq bağları salınıb
Tarix: 10.08.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Xaçmazda 2 min 37 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayondakı fındıq bağlarının ümumi sahəsi 6 min 688 hektar təşkil edir.
Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev AZƏRTAC-a müsahibəsində bildirib ki, yaxın gələcəkdə bu göstəricini 10 min hektara qədər artırmaq planlaşdırılır: “Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların əkilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən rayonumuzda bir sıra işlər həyata keçirilməyə başlanılıb. Xaçmaz fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biri kimi qəbul edilib. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulub ki, bunun da 5 min 16 hektarı bizim rayonun payına düşür. Bu günədək artıq 2 min hektardan çox sahədə yeni fındıq bağları salınıb”.
Q.Ağabalayev bildirib ki, ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir.
Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən etibarən fındıq bağlarından məhsul yığımına başlayıblar. Məhsul yığımı bu ayın sonunadək davam edəcək. Təsərrüfatçılar bu mövsüm fındıq bağlarında məhsuldarlığın yüksək olduğunu bildirirlər.
Rayonun Qusarçay kəndində 16 hektar fındıq sahəsi olan sahibkar Xanlar Eldarov isə deyib ki, məhsulu itkisiz toplamaq üçün yığımı ayın ikinci ongünlüyünədək yekunlaşdırmaq məqsədəuyğun sayılır: “Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsini diqqətlə izlədim. Dövlətimizin başçısı bildirdi ki, son iki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, onlar da bir neçə ildən sonra bar verəcək. Prezidentimiz sahibkarları, təsərrüfatçıları daim dəstəkləyir. Bizim 16 hektar fındıq bağımız var. Bunun da 8 hektarı bar verəndir. 8 hektar bağı isə yeni salmışıq. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Bununla yanaşı, məhsula tələbatın çox olması da ən böyük üstünlüklərdəndir.”
Hazırda Xaçmaz bağlarında məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarında saxlayırlar. Fındıq əsasən yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info