Tərtərdə barama istehsalı artırılır
Tarix: 10.08.2017 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Tərtər rayonunda ənənəvi istehsal sahələrindən olan baramaçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Rayon kümçüləri tərəfindən 2016-cı ildə 959 kiloqram, cari ildə isə 4,6 ton barama istehsal edilib.
Bu faktlar Prezident İlham Əliyevin avqustun 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Tərtər rayonunda keçirilən yığıncaqda səsləndirilib.
İclasda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, yaxın gələcəkdə barama istehsalının bir neçə dəfə artırılması üçün tədbirlər həyata keçirilir. İpəkqurdu üçün yem bazasının gücləndirilməsi məqsədilə keçən il rayon ərazisində Çin Xalq Respublikasından gətirilmiş 30 min, həmçinin 1357 ədəd yerli tut tingi əkilib. Kəndlərdə olan mövcud çəkil ağaclarında budama işləri aparılıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarından sonra bu sahədə də ciddi dönüş yaranıb. Belə ki, cari ildə pambıq əkinləri 2015-ci illə müqayisədə 5,7 dəfə, 2016-cı ilə nisbətən isə 3 dəfə artaraq 3123 hektara çatdırılıb. Ötən il tarlalardan 2334 ton ağ qızıl toplanılıb. Hər hektarın məhsuldarlığı 22,5 sentner olub ki, bu göstərici ilə Tərtər rayonu respublikada 3-cü yeri tutub. Rayon pambıqçıları bu il 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar.
Qeyd edilib ki, Tərtər rayonunda fındıqçılığın inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Rayonda 37,4 hektar fındıq bağları mövcuddur ki, onun da 12,1 hektarı 2016-cı ildə salınıb.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı İdarəsinin rəisi Mehman Babayev, Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyev, kümçü Sabir Əsgərov və başqaları görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar. Vurğulanıb ki, tərtərlilər Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi üçün verdiyi tövsiyə və tapşırıqların icrası ilə əlaqədar bütün imkanları səfərbər edəcək, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info