BMT-də “ASAN” xidmətin yaradılması barədə məlumat verilib
Tarix: 02.05.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə işçi qrupunun 16-cı sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilib. Azərbaycan Respublikasının Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən bildiriblər ki, müzakirələr çərçivəsində ölkəmizin işçi qrupa təqdim etdiyi ikinci dövri hesabatı nəzərdən keçirilmiş, BMT-nin üzvü olan dövlətlərin təklif və tövsiyələri səsləndirilib. Tədbirin əvvəlində Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş UDİ üzrə işçi qrupu nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Xələf Xələfov milli hesabat məruzəsi ilə çıxış edib.
X.Xələfov Azərbaycanın insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində universal beynəlxalq müqavilələrə qoşulduğunu və bu xüsusda BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində dövri hesabatlarının vaxtında təqdim edildiyini bildirib. Vurğulanıb ki, ölkəmiz İHŞ-in xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verir. Nazir müavini milli hesabatımızın tərtibi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında məlumat verib. O, torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olmasını insan hüquqlarının təmin edilməsi istiqamətində əsas maneə olduğunu vurğulayıb. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyonadək soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
X.Xələfov, həmçinin Azərbaycanda insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi və onun həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə, “ASAN” xidmətin yaradılması, ölkəmizin dinlər və sivilizasiyalararası dialoqa mühüm töhfələr verdiyi barədə də ətraflı məlumat verib.
İclasda çıxış edən bir sıra dövlətlərin nümayəndələri Azərbaycan hökuməti tərəfindən insan hüquqları sahəsində həyata keçirilən tədbirləri və müsbət dəyişiklikləri, o cümlədən ölkəmizin insan hüquqları üzrə beynəlxalq sənədlərə qoşulmasını, İHŞ və onun mexanizmləri ilə sıx əməkdaşlıq etməsini, ümumilikdə insan hüquqlarının təşviqi və müdafiəsinə diqqətin yetirilməsini yüksək qiymətləndiriblər.
Sonra Azərbaycan nümayəndə heyəti bir sıra ölkələr tərəfindən qaldırılmış məsələlərə münasibət bildirərək məhkəmə sistemində aparılan islahatlar, mətbuat, ifadə və yığıncaq azadlığının ölkəmizdə tam şəkildə həyata keçirilməsi, uşaq və qadın hüquqlarının təminatı və respublikamızın tərəfdar olduğu insan hüquqları sahəsində beynəlxalq sənədlərin həyata keçirilməsinin vəziyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Sessiya çərçivəsində Ermənistan nümayəndəsi X.Xələfovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin səsləndirməsinə mane olmaq istəyibr. İHŞ-in prezidenti Ermənistan tərəfini belə addımlar atmaqdan çəkinməyə çağırıb.
Yekun çıxışında X.Xələfov Azərbaycanın İHŞ-də fəal rol oynadığını və beynəlxalq ictimaiyyət ilə dialoqa hazır olduğunu bildirib. O, müzakirələr zamanı Ermənistan tərəfindən səsləndirilən əsassız qeydlərə münasibət bildirərək həmin dövlətin nümayəndəsinin bütün etik normalardan kənara çıxdığını və sadəcə olaraq ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə növbəti uğursuz cəhd etdiyini vurğulayıb.
Beynəlxalq hüquq çərçivəsində xalqların öz müqəddəratını təyinetmə prinsipinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni azlığına ayrıca dövlət yaratmaq hüququ vermədiyinə diqqəti yönəldən X.Xələfov Ermənistan tərəfindən sözügedən prinsipin ölkəmizə hərbi təcavüzünün nəticələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğalı nəticəsində yaranmış qəbuledilməz vəziyyətin beynəlxalq ictimaiyyətdən gizlədilməsi məqsədi ilə bəhanə qismində sui-istifadə edildiyini və bu cür qeyri-konstruktiv mövqenin Ermənistana heç vaxt uğur gətirməyəcəyini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb
09.12.2019
“ABAD“-dan yeni layihə
09.12.2019
Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb
08.12.2019
İntensiv qar yağacaq, güclü külək əsəcək...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info