Hökməlidə yeni zavodların açılışı olub
Tarix: 02.05.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak edib.
“AzFP CO LTD” MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlət başçısına məlumat verib ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunacaq. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcək. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılmış, ərazidə geniş yaşıllıq işləri görülüb.
Azərbaycan Prezidenti birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə salıb.
Prezident zavodun istehsal prosesi ilə tanış olub. Bildirilib ki, zavodun tikintisinə 45 milyon manat vəsait sərf olunub. Müəssisənin gündəlik istehsal gücü 50 tondur. Burada 150 növdən çox polistirol, polipropilen xammalından qida məhsulları üçün istehlak taraları və priforminqlər istehsal olunur. Hazırda zavodda ilk mərhələdə 200 nəfər çalışır. İstehsal prosesi tam kompyuterləşdirilib. Bütün proses vahid mərkəzdən idarə olunur. Dövlət başçısı burada istehsal olunan hazır plastik qablara baxıb. Qeyd olunub ki, artıq sifarişlərin qəbuluna da başlanılıb.
Prezident İlham Əliyev polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış olub. Diqqətə çatdırılıb ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulub. Burada istehsal sahəsi iki hissədən ibarətdir. Birinci hissə yarımməmulat xəttindən, ikinci hissə isə məmulat xəttindən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir. Sifarişə əsasən istehsal edilən kisələrin üzərində loqolar və reklamlar çap olunur.
Sonra Prezident İlham Əliyev süd məhsulları və dondurma istehsalı zavoduna gəlib. Bildirilib ki, “Milla” brendi altında fəaliyyət göstərən zavoda 49 milyon manat investisiya qoyulub. Bu istehsal müəssisəsi ən müasir standartlara cavab verir. Müəssisədəki texnoloji avadanlıq Avropadan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılmış və istismara verilib. Hazırda zavod yüksək keyfiyyətli “Milla” ticarət markası altında 56 növ süd məhsulları istehsal edir. Azərbaycan Prezidenti südün emalı və qablaşdırılması prosesi ilə tanış olub. Bildirilib ki, burada ultra-yüksək temperaturda pasterizə edilmiş süd və süd məhsulları qablaşdırılır. “Milla” Azərbaycanda ilk dəfə laktozaya qarşı həssas insanlar üçün laktozasız süd istehsal edir. Zavodda, həmçinin müxtəlif çeşidli meyvəli yoğurt, dondurma, qatıq, xama, ayran, süzmə və qaymaq istehsal olunur. Ölkəmiz üçün daha bir yenilik isə istehlakçılara az yağlılıqlı sağlam qida seçimi verən 1,5 faizlik “Milla” probiotik qatığıdır. Prezident dondurmanın hazırlanması prosesinə də baxıb. Burada məhsul istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Məhsulların hər biri burada yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Zavodda ağartı məhsullarının tərkibinin və keyfiyyətinin standartlara uyğunluğunu müəyyənləşdirən müasir laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator müayinədən keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info