Qobustanda Gənclər Mərkəzi və İdman Kompleksi istifadəyə verilib
Tarix: 02.05.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Qobustan rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov dövlət başçısına Qobustanda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib. Prezident rayon mərkəzindəki parkda, Bayraq Meydanında yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, iki hektar ərazini əhatə edən meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bayrağın eni 10, uzunluğu 20 metrdir. Altı ay müddətində inşa olunmuş Bayraq Meydanında geniş abadlıq işləri aparılıb. Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib. Prezident Qobustan İdman Kompleksinin açılışında da iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verib ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri ölkəmizin idman potensialının nümayişinin, gənclərimizin bu sahəyə meylinin artmasının göstəricisidir. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan nəhəng idman hərəkatının yaşandığı məkana çevrilib. Çoxlu sayda Olimpiya-İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin istifadəyə verilməsi bu prosesin dinamikasını göstərən əsas amillərdir. Dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsi üçün hər yerdə idman, sağlamlıq komplekslərinin yaradılmasıdır. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bölgələrdə bir-birinin ardınca istifadəyə verilən nəhəng idman qurğularının açılışında iştirakı bu sahəyə verilən əhəmiyyətin əyani təsdiqidir.
Qeyd olunub ki, kompleksdə müxtəlif idman yarışlarının, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Bildirilib ki, kompleksin ərazisi 2,67 hektar, binanın ümumi sahəsi isə 3,5 min kvadratmetrdir. Ümumi smeta dəyəri beş milyon manat olan kompleks Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq istəyən gənclərin məşqləri və yarışların keçirilməsi üçün hər cür şərait var. Kompleksdə, həmçinin 900 nəfərlik zal, müxtəlif iş və yardımçı otaqlar mövcuddur.
Prezident yeni idman qurğusunun futbol, basketbol, tennis meydançalarına baxıb.
Qeyd edilib ki, burada yaradılan şərait müxtəlif yerli və beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir. Kompleksin ərazisi başdan-başa yaşıllaşdırılmış, burada minə yaxın müxtəlif növ ağac əkilib. Dövlət başçısına Lənkəran və Tərtər Olimpiya-İdman komplekslərinin eskiz layihələri təqdim olunub. Sonra Prezident İlham Əliyev Qobustan rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb. Prezident Qobustanda Gənclər Mərkəzinin açılışında da iştirak edib.
Prezident Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitlə tanış olub. Dövlət başçısı elektromobillə mərkəzin ərazisini gəzib. Prezident Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə də tanış olub. Yeni yol Qobustan rayonunun Xilmilli, Sündü, Bəklə, Nabur, Cəyirli və Çalov kəndlərinin sakinlərinin rahat gediş-gəlişinə hərtərəfli imkan yaradır. Prezident burada sakinlərlə görüşüb, yeni yolun açılışı münasibətilə onları təbrik edib. Azərbaycan Prezidenti yeni yolda avtomobili özü idarə edib. Prezident Xilmilli kəndinin sakinləri ilə də görüşüb, onların həyat şəraiti ilə maraqlanıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20.11.2019
Sorgu: Respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir
20.11.2019
Mehriban Əliyeva Dmitri Medvedevlə Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə edəcək
20.11.2019
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verildi
20.11.2019
Sabah da yağış yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info