Danimarkalı siyasətçi: “23 avqustda “Qarabağ”a dəstək üçün stadionda olacağıq”
Tarix: 10.08.2017 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini sərt tənqidi ilə seçilən Hüseyin Arac 23 avqustda baş tutacaq “Kopengahen” və “Qarabağ” oyununda doğma komandamızı dəstəkləyəcəyini bildirib.
Bu barədə məlumatı redaksiyamıza diaspora hərəkatı fəalı Elnur Eltürk verib. Onun sözlərinə görə, sabiq millət vəkili deyib ki, qardaş Azərbaycanın “Qarabağ” komandası Avropa futbolunda önəmli yer tutr: “”Qarabağ” güclü komandadır ki, bu mərhələyə gəlib çatıb. Fikrimcə, “Qarabağ” Avropanın güclü komandasıdır. Futbolun müasir dünyamızda yeri böyükdür. “Qarabağ”ın Avropada oyunları Azərbaycanın təbliğatı üçün yaxşı fürsətdir. “Qarabağ” öz oyunları ilə Qarabağ məsələsini diqqətdə saxlayır. Biz 23 avqustda Azərbaycan və türk bayraqları ilə meydanda olub, ”Qarabağ”a öz dəstəyimiz göstərəcəyik. “Qarabağ” klubu ilə qürur duyuruq”.
Siyasətçi Qarabağın işğalı ilə barışmadığını deyib: “Dəfələrlə mətbuata verdiyim açıqlamalarda da Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğal etdiyini bildirmişəm. Bütün beynəlxalq hüquq və qəbul olunmuş sənədlər işğalçı ölkənin əleyhinədir. Şübhəsiz ki, Qafqaz bölgəsinin lideri dövləti Azərbaycan öz torpaqlarını güc yoluyla ilə azad edə bilər. Ancaq hələlik Azərbaycan sülh prinsiplərini üstün tutur. Ermənistan unutmasın ki, səbrin də bir sonu var”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info