Luka Modriç “El-Klassiko“nu buraxacaq
Tarix: 10.08.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Həftənin bazar günü "Barcelona" ilə İspaniya Super Kubokunun qalibini müəyyənləşdirəcək "Real" oyuna ciddi itki ilə çıxacaq.
Goal.az xəbər verir ki, "kral klubu" yarımmüdafiəçisi Luka Modriçin xidmətindən yararlana bilməyəcək. Buna səbəb isə xorvatiyalı ulduzun 3 il əvvəl aldığı qırmızı vərəqdir. Belə ki, 31 yaşlı yarımmüdafiəçi 2014-cü ilin avqustun 22-də keçirilən "Atletico" ilə Super Kubok matçında aldığı qırmızı vərəqəyə görə "Nou Kamp"da keçiriləcək ilk qarşılaşmada oynamayacaq. Həmin ildə "Real"la ilk oyunda 1:1 hesablı heç-heçə edən "Atletiko" cavab matçında 1:0 qalib gələrək kuboku başı üzərində qaldırmışdı. Modriç də cavab qarşılaşmasının 48-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq cəzalı duruma düşmüşdü.
İspaniyada olan qaydalara görə, Modriç qırmızı vərəqə cəzasını Super Kubok matçında çəkməli idi. 2014-cü ildən sonra "Real" iki mövsüm Super Kubokda çıxış etmədi.
2017/18 mövsümünə İspaniyada iki "El-Klassiko" ilə start veriləcək. Modriç avqustun 13-də "Nou Kamp"da keçiriləcək qarşılaşmada oynamayacaq. Xorvatiya yığmasının üzvü 4 gün sonra Madriddə baş tutacaq görüşdə şans qazana biləcək.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna yekun vurulub
09.12.2018
İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub
09.12.2018
“Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub
08.12.2018
Türkiyə Superliqası: “Qalatasaray” komandası öz meydanında xal itirib
08.12.2018
Qurbanov istefa verdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info